Ekspert: Metsamor AES-də qəza ehtimalı çox yüksəkdir
26.05.2016 [10:12]
Metsamor Atom Elektrik Stansiyasında yaranmış təhlükəli vəziyyət region dövlətləri ilə yanaşı, Ermənistan əhalisini də narahat etməlidir
İstismara verildiyi gündən aydın idi ki, seysmik cəhətdən aktiv dağlıq ərazidə yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) ciddi təhlükə mənbəyidir. Digər tərəfdən, bu zonadakı su qıtlığı hər hansı qəza zamanı reaktorun soyudulmasında problem yarada bilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun “Radiobiologiya” laboratoriyasının müdiri, radiasiyanın müasir problemləri üzrə Beynəlxalq Şuranın üzvü, biologiya elmləri doktoru, professor Elimxan Cəfərov bildirib.
Alim deyib ki, 1988-ci ildə Spitakda baş verən güclü zəlzələ 26 min insanın ölümünə səbəb olmaqla yanaşı, Metsamor AES-in fəaliyyətində də ciddi problemlər yaratmışdı. Bunu nəzərə alaraq, Ermənistan SSR Nazirlər Soveti AES-in fəaliyyətinin dayandırılmasına dair qərar qəbul etmişdi. Reaktorlara baxış nəticəsində aydın olmuşdu ki, onlardan bu vəziyyətdə istifadə təhlükəsizlik baxımından məqbul deyil. Buna baxmayaraq, 1993-cü ildə Ermənistan hökuməti iqtisadi çətinlikləri, xüsusən Türkiyənin onları blokadada saxladıqlarını bəhanə gətirərək, ikinci blokun təkrar istismarına dair qərar qəbul etdi və 1995-ci ildə onu yenidən işə saldı.
Professor bildirib ki, 2006-cı ildə Ermənistan hökuməti AES-in istismar müddətinin 2016-cı ildə başa çatacağını bəyan edib. 2011-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsi altında fəaliyyət göstərən və tərkibinə səkkiz ölkədən (ABŞ, Böyük Britaniya, Fransa, Macarıstan, Finlandiya və s.) ekspertlərin daxil olduğu OSART (istismarın təhlükəsizliyinin qiymətləndirilməsinə baxış komandası) komissiyası Metsamor AES -də yoxlamalar apardı. Yekun rəy bundan ibarət oldu ki, stansiyadan istifadə böyük risk tələb edir.
E.Cəfərov deyib: “Çox ciddi narahatlıq doğuran amillərdən biri AES-də mümkün insident zamanı radiasiyanın ətraf mühitə sızmasının qarşısını ala biləcək hermetik dəmir-beton mühafizə örtüyünün olmamasıdır. Reaktorun öz örtüyü isə uzun istismar müddəti ərzində aşınmaya məruz qalıb və hətta kiçik qəza zamanı asanlıqla dağıla bilər. Məsələn, Metsamor AES-də istifadə olunan VVER tipli reaktora malik Çernobıl AES-in dördüncü blokunda 1986-cı il aprelin 26-da baş verən məlum qəza zamanı məhz mühafizə örtüyünün olmaması ucbatından ətraf mühitə səpələnən 7 tondan çox radioaktiv maddə böyük ərazilərdə qlobal ekoloji fəlakət yaradıb. Dördüncü blokun sarkafaqının altında qalmış 150 tona yaxın radioaktiv nüvə yanacağı isə bu gün də böyük təhlükə mənbəyidir”.
Professor qeyd edib ki, Avropa İttifaqı (Aİ) Metsamor AES-in müasir beynəlxalq təhlükəsizlik kriteriyalarına cavab vermədiyi üçün bağlanmasını və tikiləcək yeni AES-in beynəlxalq təhlükəsizlik normalarına uyğun olmasını təkidlə tələb edir. Aİ hətta mövcud AES-in konservasiyası üçün 220 milyon avro verməyə də hazırdır.
“Erməni ekspertləri utanmadan etiraf edirlər ki, onlar AES-in tikintisinə bir qəpik belə xərcləməyiblər. Belə ki, stansiya SSRİ dövlətinin vəsaiti hesabına inşa olunub. Bu səbəbdən də elektrik enerjisi onlar üçün çox ucuz başa gəlir. Həmçinin ermənilər öz tarixi ənənələrinə sadiq qalaraq, ağlaşırlar ki, yeni AES -in tikintisinə beş milyard dollar vəsait lazımdır. Ermənistanın Azərbaycanla müharibə şəraitində olması və Türkiyə tərəfindən blokadaya alınması isə guya onların bu arzularını reallaşdırmasına imkan vermir, investorların tapılması isə müşkül məsələdir”, - deyə E.Cəfərov vurğulayıb.
Bugünkü reallıq barədə danışan alim diqqətə çatdırıb ki, Metsamor AES-in ikinci blokunun istismar müddətinin uzadılmasına dair Ermənistan və Rusiya arasında razılıq əldə edilib. Bu məqsədlə nəzərdə tutulan tədbirlərin reallaşdırılması və bəzi rekonstruksiya işlərinin aparılması üçün Rusiya tərəfi 2016-cı ildə Ermənistana 270 milyon dollar kredit, 30 milyon dollar isə qrant verməyi planlaşdırıb. Nəticədə Metsamor AES-in ikinci blokunun istismar müddəti 2026 -cı ilə qədər uzadılıb.
Region dövlətlərinin hamılıqla etiraz səsini ucaltmasının vacibliyini vurğulayan E.Cəfərov deyib: “İran, Gürcüstan və xüsusən AES-dən cəmi 15 kilometr məsafədə yerləşən Türkiyənin mütəxəssisləri, müvafiq dövlət qurumları Azərbaycan mütəxəssislərinin səsinə səs verməlidir. Ermənistan əhalisi dərk etməlidir ki, Metsamor AES-in bugünkü vəziyyəti ən çox onların özü üçün təhlükə mənbəyidir. Odur ki, mövcud problem region dövlətləri ilə yanaşı, Ermənistan sakinlərini də narahat etməlidir. Hesab etmirəm ki, AES -də qəza baş versə, Yerevan şəhərində bir canlı sağ qala bilsin. Belə bir qəza ehtimalı isə çox yüksəkdir. 2011-ci il martın 11-də Yaponiyanın “Fukusima-1” AES -ində baş verən qəza göstərdi ki, bizim heç birimiz təbiətin şıltaqlığından sığortalanmamışıq və ən mükəmməl konstruksiyaya və mühafizə sisteminə malik reaktorlar belə bu cür kataklizmlər qarşısında acizdir”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

