/ / MSK cari il üçün ən mühüm tədbiri olan daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub
MSK cari il üçün ən mühüm tədbiri olan daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurub
27.05.2016 [10:06]
Vətəndaşların konstitusion hüquqlarından olan seçmək və seçilmək hüquqlarının təmin olunması, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün seçici siyahıları əsas əhəmiyyət kəsb edən sənədlərdən biridir. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi ilə 2016-cı ilin əvvəllərindən may ayının sonunadək həyata keçirilən dəqiqləşdirmə prosesi nəticəsində siyahıların yüksək keyfiyyətdə və dəqiqliklə hazırlanmasına nail olunub. Otuz mindən artıq aşağı seçki komissiyası üzvünün cəlb olunduğu bu əhatəli və irimiqyaslı proses Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin aidiyyəti orqanları, yerli icra hakimiyyətləri və bələdiyyə qurumları ilə sıx və intensiv əməkdaşlıq şəraitində reallaşdırılıb. Siyahıların dəqiqləşdirilməsində Azərbaycan seçicilərinin də maraqlı olması və aktiv iştirakı, həmçinin Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xətti və internet səhifəsindəki onlayn xidmət aparılan işin səmərəliliyini daha da artırıb. Xüsusilə vurğulamaq lazımdır ki, dəqiqləşdirmənin effektiv həyata keçirilməsi, siyahıların müasir beynəlxalq standartlara uyğun tərtib və çap olunması üçün bütün proses boyunca informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən geniş istifadə olunub və bu məqsədlə zəruri proqram təminatları, həmçinin digər texniki imkanlar təkmilləşdirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Seçki Məcəlləsinə müvafiq olaraq, seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirildikdən sonra dairə seçki komissiyalarına verilib, onlar isə aidiyyəti qurumlardan daxil olmuş məlumatlarla siyahıları yenidən təhlil etdikdən sonra Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Mərkəzi Seçki Komissiyası bütün bu proseslərə nəzarət edən orqan kimi öz növbəsində, fasiləsiz onlayn rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı ilə bir daha dəqiqləşdirib.
2016-cı il mayın 26-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə Komissiyanın inzibati binasında siyahıların tərtib edilməsi, çap olunması, təkmilləşdirilmiş proqram təminatları və seçici siyahılarının çevik ictimailəşdirilməsi üçün mövcud imkanlar, eləcə də siyahıların saxlanması şəraiti ilə tanışlıq olub və tədbirə qatılanlar üçün xüsusi təqdimatla prosesin bütün mərhələlərinin geniş izahı verilib. Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyası ilə əlaqələndirən lokal şəbəkənin yaratdığı çevik, interaktiv və təhlükəsiz informasiya mübadiləsi, habelə müasir texnologiyanın verdiyi imkanlar seçici siyahılarının dəqiqləşdirilməsi prosesinin səmərəliliyini artırıb, seçicilərlə bağlı məlumatların keyfiyyətli təhlilini təmin edib və nəticədə siyahılar seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün real məlumatların əks olunduğu dəqiq bazaya çevrilib. Həmçinin bildirilib ki, seçici siyahılarının daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyət fasiləsiz davam etdiriləcək.
2016-cı il mayın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib və ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair məsələyə baxılıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilin əvvəlindən may ayının sonunadək uğurla həyata keçirilmiş vahid seçicilər siyahısının dəqiqləşdirilərək yenidən tərtib edilməsi kimi genişmiqyaslı proseslə bağlı ətraflı məlumat verib və dəqiqləşmə prosesində aşağı seçki komissiyalarına lazımi köməklik göstərmiş bütün qurumlara öz təşəkkürünü bildirib.
İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları geniş müzakirə edilib və prosesin inkişaf dinamikası xüsusi vurğulanıb. Müzakirələrdən sonra Mərkəzi Seçki Komissiyası 2016-cı ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi işinin başa çatdırılmasına, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, həmçinin respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunub Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə dair qərar verib.
Qeyd edək ki, 2016-cı il may ayının 26-sına olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5127111 seçici daxil edilib ki, onların da təqribən 48,35 faizini kişilər, 51,65 faizini isə qadınlar təşkil edir.
Komissiyanın iclası digər məsələlərin müzakirəsi ilə öz işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

