/ / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyinə həsr olunan konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyinə həsr olunan konfrans keçirilib
22.06.2016 [10:15]
İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 15 illiyi ilə bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-15: Dünən, bu gün və sabah” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra komitənin kollektivi Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki dini durum və rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.
Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yarandığı gündən indiyədək fəaliyyətini xeyli genişləndirib, regional bölmələrinin sayı artırılıb. Komitə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dini sahədə heç bir problemin olmadığını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Komitəsi ilə dindarlar arasında əməkdaşlıqda bir harmoniya var. Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılması da dindarların işini xeyli asanlaşdırıb. Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin yaradılmasını da yüksək qiymətləndirən şeyxülislam müvafiq qurumlar arasında görüşün keçirilməsinin önəmini qeyd edib.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda multikultural ənənələrin qorunması və saxlanmasında Dövlət Komitəsinin böyük rolu var. Dövlət müşaviri Komitənin bir qrup əməkdaşının Azərbaycan Prezidenti tərəfindən təltif edildiyini diqqətə çatdırıb.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev əsrlər boyu yəhudi xalqının Azərbaycan xalqı ilə qardaş olduğunu, sülh şəraitində yaşadığını və hər zaman da yaşayacağını vurğulayıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə dini sahədə sabitliyin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda dini proseslərdə stabillik və qarşılıqlı anlaşma var. Bu sahədə çalışan qurumların fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti düzgün istiqamətdə qurulub. Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də düzgün model tətbiq olunub.
Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıblar. Onlar Azərbaycanda multikultultural ənənələrin və tolerantlığın yüksək səviyyədə təmin edildiyini vurğulayıblar.
Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev qeyd edib ki, Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb. Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov komitənin 15 illik fəaliyyəti barədə təqdimatla çıxış edib. Bildirib ki, bu münasibətlə fotoalbom da hazırlanıb.
Sonda Azərbaycan Prezidentinə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

