Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Dövlət qulluqçuları ölkəmizin inkişafına xidmət edən dəyərli kadr potensialımızdır”

“Dövlət qulluqçuları ölkəmizin inkişafına xidmət edən dəyərli kadr potensialımızdır”

24.06.2016 [10:06]

“Dövlət qulluqçuları ölkəmizin inkişafına xidmət edən dəyərli kadr potensialımızdır”. Bu fikirləri SİA-ya millət vəkili Musa Quliyev 23 iyun-Azərbaycanda dövlət qulluqçularının peşə bayramı ilə bağlı fikirlərini bildirərkən deyib.
O bildirib ki, ölkəmizdə dövlət qulluqçuları ilə bağlı müvafiq hüquqi normativ baza yaradılıb, bir neçə qanun qəbul edilib, onların statusları, güzəşt və imtiyazları müəyyənləşib.
Millət vəkili qeyd edib ki, dövlət qulluqçuları Azərbaycanda ən yüksək maaş alan kateqoriyaya daxildirlər: “Çünki onların zəhmətləri, məsuliyyətləri kifayət qədər yüksəkdir. Ölkəmizdə dövlət qulluqçularına xüsusi hörmət bəslənir, cəmiyyət tərəfindən əməkləri yüksək qiymətləndirilir. Ötən gün ölkə başçısının dövlət qulluqçularının mükafatlandırılması ilə bağlı imzaladığı Sərəncam buna bariz nümunədir. Sərəncama əsasən, bir qrup dövlət qulluqçusunun statusları, vəzifə dərəcələri artırıldı, onlara adlar verildi. Bütün bunlar Azərbaycan dövlətinin onun qulluğunda duran şəxslərə diqqət və qayğısının ifadəsidir”.
M.Quliyev söyləyib ki, dövlət qulluqçusu həm də cəmiyyət üçün bir meyardır: “Onların davranışı, etik hərəkətləri, mənəvi sağlamlığı cəmiyyət üçün nümunədir. Dövlət qulluqçuları göz qabağında olduqları üçün peşəkarlıqlarını, bilik və bacarıqlarını artırmaqla yanaşı, mənəvi etik normalarını göz önündə saxlamalıdırlar. Dövlət qulluqçularının peşə bayramını təbrik edir, onlara uğurlar arzulayıram”.
Xatırladaq ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Paylaş:
Baxılıb: 731 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31