/ / ATƏT PA-nın sessiyasında həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb
ATƏT PA-nın sessiyasında həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizə ilə bağlı müzakirələr aparılıb
05.07.2016 [10:16]
İyulun 4-də ATƏT PA-nın 25-ci illik sessiyası çərçivəsində keçirilən plenar iclasda ATƏT regionunda həlli uzadılmış münaqişələrin həlli yolları, terrorizmə qarşı mübarizə, qadın və uşaqların problemləri və s. məsələlər müzakirə olunub.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri iclasda çıxış edib, müzakirə olunan məsələlərə münasibət bildirib, rəy və təkliflər səsləndiriblər.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov jurnalistlərə müsahibəsində müzakirə olunan məsələlərin aktuallığı ilə seçildiyini deyib: “Biz çalışırdıq ki, bütün hallarda Azərbaycanın mövqeyi yüksək səviyyədə müdafiə olunsun, problemlərimizin həlli ilə bağlı müvafiq sənədlərin qəbuluna nail olaq. Müəyyən mənada buna nail ola bildik”.
Ümumiyyətlə, iclasda ATƏT regionunda həll edilməmiş münaqişələr diqqət mərkəzində olub. Azərbaycanın və Gürcüstanın ərazilərinin işğaldan azad olunması ilə bağlı konkret təkliflər səsləndirilib. İclasda, eyni zamanda, dünyada və regionda içməli su hövzələrində, seysmik aktiv zonalarda yerləşən, xüsusən də köhnəlmiş, istismar müddətini başa vurmuş atom elektrik stansiyalarının bağlanması ilə bağlı məsələlər ciddi müzakirə mövzusu olub. Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin stansiyaların bağlanmasını özündə ehtiva edən bəndlər sessiyanın yekun sənədinə əlavə olunub.
E.Həsənov deyib ki, komitə iclaslarında və plenar sessiyada Ermənistan tərəfinin Azərbaycan əleyhinə səsləndirdiyi iftiralara da tutarlı cavab verilib: “Ermənistan nümayəndə heyəti bir neçə dəfə Azərbaycanın əleyhinə fikirlər səsləndirdi. Lakin biz Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etdiyini, məhz Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, aprel hadisələrinin Azərbaycanın işğal olunmuş ərazilərində baş verdiyini diqqətə çatdırdıq və bu dəfə də ermənilər gülünc vəziyyətdə qalaraq susmağa məcbur oldular”.
Sessiya öz işini iyulun 5-də başa vuracaq. Son iclasda yekun qətnamə qəbul olunacaq, təşkilati məsələyə baxılacaq, Assambleyanın prezidenti və vitse-prezidenti seçiləcək.
İclasda TÜRKPA-nın baş katibi və nümayəndə heyəti də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

