“The Daily Caller”: Azərbaycan vacib beynəlxalq geosiyasi əhəmiyyətə malikdir
22.07.2016 [10:00]
ABŞ-ın “The Daily Caller” nəşrində Azərbaycanın ABŞ və NATO üçün strateji önəmindən bəhs edən məqalə dərc olunub. Məqalədə Azərbaycanın vacib beynəlxalq geosiyasi əhəmiyyətə malik ölkə olduğu vurğulanır.
AZƏRTAC xəbər verir ki, yazıda Prezident İlham Əliyevin NATO-nun Varşavada keçirilən Sammitində iştirakının Azərbaycanın önəmli ölkə olduğunu bir daha sübut etdiyi bildirilir. Azərbaycanın Əfqanıstanda aparılan əməliyyatlarda NATO-ya və ABŞ-a göstərdiyi kömək oxucuların diqqətinə çatdırılır. Rəsmi Bakının Əfqanıstandakı əməliyyatların ilk günündən Azərbaycan üzərindən daşımaların həyata keçirilməsinə icazə verdiyi vurğulanır. Qeyd edilir ki, NATO və Birləşmiş Ştatlar da Azərbaycanın strateji və olduqca əlverişli coğrafi mövqeyə malik olduğunu bilir. Varşava Sammitində Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin eksperti Naciyə Selin Senocak bildirib ki, Azərbaycan NATO üçün önəmini Əfqanıstanda və Kosovoda sübut edib.
Müəllif Azərbaycanın ərazisinin beşdəbir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırır. Qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu problem hələ də həll olunmayıb.
Amerikalı oxuculara Xocalı soyqırımı barədə də məlumat verilir, 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində 600-dən çox qadın, kişi və uşağın qətlə yetirildiyi diqqətə çatdırılır. Bildirilir ki, Ermənistanın işğalçılıq siyasətinin mərkəzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılaraq Ermənistana birləşdirilməsi durur. ABŞ bilir ki, 1994-cü ildə atəşkəs əldə olunana qədər 20 min azərbaycanlı Ermənistanla münaqişə nəticəsində qətlə yetirilib və bir milyon azərbaycanlı zorla öz evlərindən qovulub. Aprel ayındakı hərbi əməliyyatlar bütünlüklə Azərbaycan ərazisində baş verib. “Azadlıq” radiosunun müşahidəçiləri açıq şəkildə bildiriblər ki, aprel ayında baş vermiş hərbi əməliyyatları Ermənistan əsgərləri və Ermənistan tərəfindən dəstəklənən separatçı əsgərlər təhrik ediblər. İşğala və Xocalıda etnik təmizləməyə məruz qaldıqlarına görə azərbaycanlıların münaqişənin həlli ilə bağlı danışıqlarda əsasları, mənəvi üstünlükləri var. Dağlıq Qarabağ separatçıları özlərini müstəqil elan etsələr də heç bir ölkə bunu qəbul etmir.
Müəllif vurğulayır ki, ABŞ, NATO və bütün Avropa ölkələri Azərbaycanı bu münaqişənin həllində dəstəkləməlidirlər, çünki tarix bu dəstəyi diktə edir. NATO-nun gücü əhəmiyyətli şəkildə Azərbaycan vasitəsilə artırıla bilər. Azərbaycanın Qərb üçün əhəmiyyəti regionun ABŞ və NATO tərəfindən təsəvvür edilən gələcəyində mərkəzi rol oynaya bilər.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

