Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Britaniya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Britaniya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

28.07.2016 [10:05]

Azərbaycana səfərə gələn Böyük Britaniya parlamentinin nümayəndə heyəti iyulun 27-də Milli Məclisdə olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar Milli Məclisin fəaliyyəti ilə tanış olub, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
Komitənin sədri Səməd Seyidov britaniyalı parlamentarilərə ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirdiyi beynəlxalq layihələr barədə məlumat verib. Bildirib ki, bir sıra sahələrdə əldə etdiyi uğurlu yeniliklərlə dünyaya nümunə olan ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyir. Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində, tolerant mühitdə yaşayır. Ölkəmiz beynəlxalq qurumlara qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq edir.
Görüşdə Milli Məclisin deputatları qonaqlara “ASAN xidmət” modeli, ölkəmizin turizm potensialı barədə məlumat veriblər.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Bob Bləkmən səfərin Azərbaycanla daha yaxından tanış olmaq məqsədi daşıdığını söyləyib. O, bundan əvvəl də ölkəmizə səfər etdiyini və hər gəlişində Bakıda böyük inkişafın şahidi olduğunu deyib. Dostluq qrupunun sədri Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımları müsbət dəyərləndirib.

Paylaş:
Baxılıb: 724 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31