Radikal müxalifət siyasi palitradan silinib
03.08.2016 [15:08]
İllərdir ki, ermənipərəst dairələrə xidmət göstərən düşərgə təmsilçilərinin yalanlarına heç kim inanmır
“Radikal müxalifət” adlanan azsaylı düşərgə təmsilçiləri uzun müddətdir ki, siyasi palitranın ən passiv kəsiminə çevrilib. Partiyadaxili çəkişmələrdən, parçalanmalardan, qarşılıqlı ittihamlardan yaxa qurtara bilməyən radikal düşərgə təmsilçiləri hazırda yalnız sosial şəbəkələrdə, eləcə də bəzi internet resurslarında gözə dəyməklə varlıqlarını sürdürməyə çalışırlar. Daha dəqiq desək, sosial şəbəkələrdə lokal dəstə şəklində şər-böhtan, yalan və dezinformasiyalar yaymaqla məşğul olan, insanları şəxsi fikirlərinə görə təhqirlərə məruz qoyan bu azsaylı kəsim bir daha öz kimliklərini cəmiyyətimizə nümayiş etdirirlər.
Qeyd edildiyi kimi, özlərindən və ən yaxşı halda bir neçə qohum-əqrəbadan ibarət olan bu “papka partiyalar” şəxsi mənafeyə söykənən iddialarını “konsepsiya” kimi xalqa sırımaqdan, cəmiyyətə yersiz, mənasız mesajlar ünvanlamaqdan çəkinmirlər. Digər tərəfdən öz siyasi kimliklərini xəyanət, milli maraqları satmaq müstəvisində quran AXCP, “Müsavat” kimi radikal düşərgədə “monopolist” iddiaya malik təşkilatlar öz daxili vəziyyətlərinə baxmağa sanki qorxurlar.
Məsələn, bu gün Əli Kərimlinin rəhbərlik etdiyi, qeyri-qanuni şəkildə sədrlik kürsüsünü mənimsədiyi AXCP-də vəziyyət acınacaqlı haldadır. İllərdir ki, partiya daxilində apardığı avtoritar idarəçilik Ə.Kərimlinin üç-beş nəfərlə ortada qalmasına səbəb olub. Belə ki, ard-arda müavinlərinin istefa verməsi, partiya daxilindəki reallıqları cəmiyyətə anlatmaları, ən sonda isə Razi Nurullayevin AXCP-nin Etimad Qurultayını keçirərək bir çox rayon təşkilatı ilə birgə Ə.Kərimliyə etimadsızlıq göstərməsi hər şeyi açıq şəkildə ortaya qoydu. Öz fəaliyyətini xarici pul mənbələrindən vəsait əldə etməyə həsr edən Ə.Kərimlinin AXCP adı ilə “siyasi sığınacaq” biznesi açması, pul qarşılığında ölkədəki siyasi sabitliyin pozulmasını istəyən, iqtisadi inkişafın qarşısının alınmasında maraqlı olan, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən beynəlxalq təzyiq qruplarını müdafiə etməsi onun siyasi sonunu gətirdi.
Məhz Əli Kərimlinin timsalında onu qeyd etmək olar ki, ötən 20 ildən artıq müddətdə bu şəxslərin təfəkküründə, danışdıqları yalanların motivlərində, eləcə də leksikonlarında dəyişiklik baş verməyib. İllərdir anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən radikal düşərgə yenə də öz köhnə “hava”sını çalmaqdadır. Və bu məsələdə “Müsavat” da AXCP-dən heç də geri qalmır.
Hər kəsə bəllidir ki, radikal düşərgənin “əsas” və başqa təşbehlərlə bəzədiyi müxalifəti adını almaq üçün canfəşanlıq göstərən AXCP, “Müsavat” kimi təşkilatlar öz varlıqlarını sübut etmək, eləcə də 20 ildən artıq müddətdəki məğlubiyyətlərinin səbəblərini min bir yerə yozmaq üçün hətta dövlətə qarşı çirkin kampaniya aparmaqdan belə çəkinmirlər. Daşa dönmüş təfəkkürünün əsirinə çevrilən bu partiyalar və həmin partiyaların rəhbərləri özləri də dərk edirlər ki, danışdıqları yalanlarla kimisə aldada bilməyəcəklər. Hər zaman fərqli antimilli dairələrin əmrləri ilə oturub-duran, həmin mərkəzlərin sifarişlərini həyata keçirən, hələ də hakimiyyətə gəlməyin yollarını 1992-ci ildə olduğu kimi qarşıdurmalarda axtaran, siyasi mübarizə mədəniyyətini əxz edə bilməyən bu insanlar üçün bir amal var - şəxsi mənfəət. Məhz buna görə də illərdir ki, ermənipərəst dairələrə xidmət göstərən düşərgə təmsilçilərinin yalanlarına heç kim inanmır.
Bir sözlə, gündə bir simaya düşən radikal düşərgə artıq siyasi palitradan silinib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

