Natiq Cəfərov törətdiyi konkret cinayət əməlinə görə həbs olunub
17.08.2016 [16:57]
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata əsasən, N.Cəfərov özü qanunsuz sahibkarlıq fəaliyyəti göstərməklə külli miqdarda gəlir əldə etdiyini etiraf edib
Qanunların aliliyinin təmin olunduğu hüquqi dövlət və aktiv vətəndaş cəmiyyəti bir-biri ilə sıx vəhdət təşkil edərək son nəticədə ölkələrin hərtərəfli inkişafını və vətəndaşların məmnunluğunun təmin olunmasını şərtləndirən ən etibarlı platforma qismində çıxış edir. Müasirləşməni və davamlı inkişafı hədəfləyən Azərbaycan da bu məqsədə məhz hüquqi dövlət və aktiv vətəndaş cəmiyyəti quruculuğu yolu ilə çatmağı özünün strateji kursu kimi müəyyənləşdirib. Ölkəmiz bu strateji kursa daim sadiqlik nümayiş etdirir. Tam qətiyyətlə demək mümkündür ki, respublikamızın müstəqillik illərində qazandığı ən böyük uğurlardan biri məhz fundamental insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğu, qanunların aliliyinin təmin edildiyi demokratik, hüquqi dövlət və qanunlarla idarə olunan aktiv vətəndaş cəmiyyəti quruculuğu ilə bağlıdır.
Hazırda ölkəmizdə 3000-dək QHT-nin fəaliyyət göstərməsi deyilənlərin təsdiqidir. Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə üçüncü sektorun aktivliyinin nəzərəçarpacaq dərəcədə artmasında dövlətin vətəndaş cəmiyyəti institutlarının təşkilatlanmasına verdiyi dəstək önəmli rol oynayıb. Respublikamızda vətəndaş cəmiyyətindən gələn təşəbbüslər fəal şəkildə dəstəklənir və istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycanın milli-ictimai maraqlarına xidmət edən çoxlu sayda layihənin reallaşdırılmasına maliyyə yardımı göstərilir.
Təəssüf doğuran hal isə ondan ibarətdir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, fəallığının artmasına yaradılan şəraitdən sui-istifadə edənlər də tapılır. Belə ki, ayrı-ayrı şəxslər və adlarını QHT qoyan bəzi qurumlar ölkədəki demokratik mühitdən sui-istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, qanunlardan yan keçməklə, maliyyə-vergi intizamını pozmaqla, necə deyərlər, qaz vurub qazan doldurmağa uğursuz cəhdlər göstərirlər.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin bu günlərdə yaydığı məlumatda da məhz belələrindən bir qrupunun qanundan kənar, demokratiya ilə bir araya sığmayan əməllərinə aydınlıq gətirilib. Bəhs olunan məlumatda bildirilir ki, bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Maliyyə və Ədliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq əməliyyatları davam etdirilir.
Məlumatda qeyd edilir ki, cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.
Natiq Cəfərov 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib. Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71 334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilib.
Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
Özünü “REAL” adlanan təşkilatın həmtəsisçisi kimi təqdim edən Natiq Cəfərov qanundankənar əməllərini, necə deyərlər, kollektiv şəkildə, o cümlədən də bəhs olunan qurumdakı “iş ortağı” İlqar Məmmədovla birlikdə həyata keçirib. Ancaq bəd əməllər bir qayda olaraq acı sonluqla tamamlanır. Törətdiyi cinayətlərin üstü açıldığına görə İlqar Məmmədov da dəmir barmaqlıqlar arxasında qalmalı olub.
Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, N.Cəfərov təqdim olunan təkzibolunmaz sübutlar qarşısında öz cinayət əməllərini etiraf etmək məcburiyyətində qalıb. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, N.Cəfərov iş üzrə verdiyi ifadələrində göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.
Yuxarıda sadalanan faktlar Natiq Cəfərovun, “REAL” adlanan qurumun digər təmsilçilərinin hansı məqsədlərlə “demokratiya oyunu” oynadıqlarına bir daha aydınlıq gətirib. Onların demokratiya ilə hər hansı bağlılığı olmayan, sırf korporativ məqsədlər daşıyan “siyasi” fəaliyyətlərinin qarşısı Azərbaycan qanunları ilə alınıb. Əslində, Natiq Cəfərovun, İlqar Məmmədovun aqibəti digərləri üçün də nəticə çıxarmaq üçün bir əsas olmalıdır. Hamı başa düşməlidir ki, Azərbaycan hüquqi dövlətdir, heç kəsin siyasi baxışları və fəaliyyəti onu cinayət əməllərinin məsuliyyətindən azad edə bilməz!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

