“Polislər bizi saxlayıb tərk-silah etdilər” - Nardarandakı silahlı dəstə üzvləri ifadə verirlər
18.08.2016 [11:43]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib.
Onlar özlərini təqsirli bilmədiklərini deyiblər. Ə.Vəliyev bildirib ki, namazı qurtaran zaman polislərin həyətə daxil olduğunu görüb. Hakim Əlövsət Abbasov onların polis olmasını nədən bildiyini soruşub. Ə.Vəliyev onların qara paltar geyindiklərini, arxa tərəflərinə polis yazıldığını deyib. Prokurorların suallarını cavablandıran Ə.Vəliyev ev sahibi Əbülfəzin qohumu olduğunu, əvvəllər də o evdə olduğunu deyib.
Əlibala Vəliyev ibtidai istintaqa ifadəsində isə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərib ki, T.Bağırzadə ilə məhərrəmlik ayında yaxından tanış olub. Hacı Taleh kəndə gələrək xütbələr oxuyub. Talehlə yaxın tanışlığı həmin ərəfələrdə Əbülfəzin evinə gedib-gələrkən yaranıb. Hadisə baş verən gün Əbülfəzin evinə gedib. Günorta namazı qılınanda birdən hay-küy düşüb, atışma səsləri başlayıb. O, namazı kəsib bayıra çıxıb. Bu zaman polis əməkdaşları onun üstünə gəliblər. O, dərhal təslim olub üstündəki qumbaranı polislərə təqdim edib.
C.Cabbarov məhkəmə zamanı verdiyi ifadəsində istintaq zamanı işgəncələrə məruz qaldığını iddia edib. Daha sonra prokurorların suallarını cavablandıran C.Cabbarov bildirib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb, hadisə baş verən zaman evdə olan heç kimdə silah olmayıb və onlar kiməsə müqavimət göstərməyiblər.
Halbuki C.Cabbarov istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərib ki, Hacı Əbülfəzin evində T.Bağırzadənin çıxışlarına qulaq asıb. Hadisə baş verən gün namaz vaxtı həmin evdə olub və həyətdən səs-küy eşidib. O, həyətə çıxanda maskalı polis əməkdaşları həyətə daxil olublar. O da polislərə tapançadan atəş açıb. Polislər onu, eləcə də digər şəxsləri saxlayıb tərk-silah ediblər. Onun üstünə baxış keçirilərkən atəş açdığı həmin tapança aşkar edilib və götürülüb.
Daha sonra iclasda vəkil Nemət Kərimli təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində paltarlarının dəyişdirildiyini deyib, həmin paltarların məhkəməyə təqdim edilməsi və təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində maşından düşürülən zaman olan video görüntülərin təhlükəsizlik kameralarının yaddaşından çıxarılaraq məhkəməyə təqdim edilməsi haqqında vəsatətlər verib.
Vəsatətlərə münasibət bildirən prokuror Nəsib Bayramov və Ramin Nağdəliyev birinci vəsatətin əsassız olduğu üçün təmin edilməməsini, digər məsələ ilə bağlı vəkillərin özlərinin sorğu verib idarədən cavab almalarını istəyiblər.
Məhkəmə vəsatətləri təmin edib.
Proses avqustun 18-də davam etdiriləcək.
Qeyd edək ki, T.Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T.Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50

