Yuri Kanner: Odlar Yurdu multikulturalizm və tolerantlıq siyasətini real surətdə həyata keçirir
16.09.2016 [14:05]
Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauderin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. Nümayəndə heyətinə ÜYK baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin (RYK) prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və ÜYK baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Ştern daxil idi.
RYK prezidenti Yuri Kanner AZƏRTAC-a məxsusi müsahibəsində vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı ilə görüş dostcasına və səmimi şəraitdə keçib. Y.Kanner deyib: “Etiraf edə bilərəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder arasında açıq söhbət və fikir mübadiləsi aparılıb”.
RYK prezidentinin sözlərinə görə, görüş zamanı Prezident İlham Əliyev çox maraqlı məsələlərdən danışıb. Y.Kanner deyib: “Aydın görünürdü ki, bu, formal bəyanatlar deyil. Hiss olunurdu ki, Prezident İlham Əliyev konfessiyalar və Azərbaycanda yaşayan xalqlar arasında qarşılıqlı münasibətlərin problemlərinə çox vaxt ayırır və ürəkdən yanaşır. Odlar Yurdu sözün Avropa anlamında multikulturalizm və tolerantlıq siyasətini real surətdə həyata keçirir. Prezident İlham Əliyevi narahat edən problemlər müzakirə olunub və Ronald Lauder bu problemləri anlamağa çalışıb. Ən başlıcası isə onlar bir-birini yaxşı başa düşüblər və bu, həm Azərbaycan xalqı və dünyada yaşayan azərbaycanlılar, həm də Ümumdünya Yəhudi Konqresi və İsrail Dövləti üçün olduqca yaxşıdır”.
Yuri Kanner bildirib ki, Prezident İlham Əliyev yəhudilərin Azərbaycanda həm keçmişdəki, həm də indiki həyatı və onların Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rolu barədə ətraflı danışıb.
“Ronald Lauder təcrübəli diplomatdır. O, uzun illərdir Ümumdünya Yəhudi Konqresinə rəhbərlik edir. Başa düşmək lazımdır ki, Lauder bu səfəri həyata keçirmək üçün ÜYK vitse-prezidenti kimi təkcə mənimlə deyil, eyni zamanda, həm Vaşinqtonda, həm də İsraildə mühüm şəxslərlə məsləhətləşib. Əgər o, buraya səfər etmək qərarına gəlibsə, bu, multikulturalizm və tolerantlığın Azərbaycan modelinin uğurla reallaşdırılmasının dünya arenasında qəbul olunması deməkdir. Bu dəstək Azərbaycanın 25 illik dövlət müstəqilliyi ərzində hansı yolu keçməsinin və bu yolun fərqli xarakterinin dərk olunmasına yönəlib. Biz bu mövzunu da müzakirə etdik. Təəssüf ki, dünyada bəzi dairələr və qüvvələr tam dərk etmirlər ki, Azərbaycan dövlət müstəqilliyini cəmi 25 ildir qazanıb və bu illər ərzində Azərbaycan xalqı böyük inkişaf və çiçəklənmə yolu keçib. Bu faktı həm ÜYK prezidenti Ronald Lauder, həm də Azərbaycanda 25 il bundan əvvəl olmuş ÜYK baş icraçı direktoru Robert Zinger vurğulayıb”, - deyə Yuri Kanner bildirib.
O, həmçinin qeyd edib ki, uzun illər əvvəl qonaq kimi gəldiyi Bakıya bu dəfə Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinin tərkibində səfər etməsindən çox şaddır: “Bakı çox dəyişib, onu tanımaq çətindir, şəhər öz gözəlliyinə görə dünyanın bir çox dövlətlərinin paytaxtları ilə müqayisə oluna bilər. Lakin qeyd etmək istəyirəm ki, burada dəyişməyən cəmi bir cəhət var - bu, başqa xalqlara olan hörmətdir. Çox illər əvvəl olduğu kimi, indi də azərbaycanlıların bütün xalqlara xüsusi səmimi münasibətini hiss etdim”.
Y.Kannerin sözlərinə görə, tərəflər görüşdə həm Azərbaycanın inkişaf yolunu, həm də mənəvi dəyərləri, onun digər, xüsusilə əhalisi müsəlman olan dövlətlərə nümunə ola biləcək tolerantlığını müzakirə ediblər.
RYK rəhbəri müsahibəsini belə tamamlayıb: “Azərbaycanın multikulturalizm və tolerantlıq sahələrində uğurları ondan qaynaqlanır ki, həm Azərbaycan rəhbərliyi, həm də Azərbaycan xalqı qonşularla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyir - bu mövqeyi biz respublika rəhbərliyindən eşitdik. Əgər Cənubi Qafqazda sülh olarsa, bu, bütün dövlətlərə fayda gətirməklə yanaşı, regionun da çiçəklənməsinə şərait yaradacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15

