/ / Oqtay Əsədov: Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi sülh və sabitlik üçün təhlükədir
Oqtay Əsədov: Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi sülh və sabitlik üçün təhlükədir
17.09.2016 [10:17]
Strasburqda Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) üzv ölkələrin parlament sədrlərinin görüşü sentyabrın 16-da işini davam etdirib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov görüşün ikinci günündə “Parlamentlərin nifrətə və irqçiliyə qarşı birgə fəaliyyəti” mövzusuna həsr olunan sessiyada çıxış edib.
Oqtay Əsədov insanlığın tarixi qədər qədim olan nifrətə və irqçiliyə qarşı mübarizə probleminin bu gün bəşəriyyəti ağır sınaqlara çəkdiyini, bəşər sivilizasiyasının əsrlər boyu ərsəyə gətirdiyi mənəvi dəyərlərin aşınmasının dünya nizamının dayaqlarını sarsıdan və qlobal böhranı dərinləşdirən bir amilə çevrildiyini bildirib. O, dünyanın müxtəlif bölgələrində cərəyan edən neqativ proseslərin ayrı-ayrı ölkələrdə radikalizmin, dini dözümsüzlüyün və ekstremizmin artmasına, irqçilik, ayrı-seçkilik, ksenofobiya, islamofobiya kimi mənfi meyillərin güclənməsinə şərait yaratmasının dərin təəssüf doğurduğunu qeyd edib.
Milli Məclisin sədri bildirib ki, bəşəriyyətin qarşısında dayanan qlobal problemlərin həlli üçün dünya ölkələri parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində işbirliyindən çox şey asılıdır. Parlamentlərarası əməkdaşlığın genişlənməsi və dərinləşməsi dünyamızın yaşayış üçün daha təhlükəsiz yerə çevrilməsi naminə göstərilən kollektiv səylərə sanballı töhfə ola bilər. Bu gün dünya ölkələrinin parlamentlərinin qlobal çağırışların həllində iştirak etmək əzmində olduqlarını qətiyyətlə bəyan etmələri təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, ayrılıqda hər bir ölkədə qarşılıqlı anlaşmanın və dözümlülüyün dəstəklənməsi son dərəcə vacib olsa da, yetərli deyil. Bu gün müxtəlif sivilizasiyalara mənsub cəmiyyətlər, xalqlar və millətlər arasında qarşılıqlı hörmətin, etimadın və hüquq bərabərliyinin təmin edilməsi həyati əhəmiyyətə malikdir.
Bu baxımdan Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlər ahəngdar şəkildə bir-birini tamamlayıb və zənginləşdirib. Ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri həmişə dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamaq imkanına malik olublar. Azərbaycan xalqının milli sərvəti olan tolerantlıq və multikulturalizm ənənələri dövlət siyasəti səviyyəsinə qaldırılıb və həyat tərzinə çevrilib. Bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Azərbaycanın siyasəti, eləcə də cəmiyyətimizin durumu sübut edir ki, multikulturalizm dərin köklərə malikdir, yaşayır, möhkəmlənir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. İnsanlar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə yönələn tədbirlər planlı şəkildə həyata keçirilir. Müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və Avropa miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Əslində ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu bir yerə çevrilib.
Vurğulanıb ki, Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, fərqli dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər müntəzəm və ardıcıl xarakter daşıyır. Ölkəmizdə məscidin də, kilsənin də, sinaqoqun da qapısı həmişə açıqdır və insanların dini ayinləri və ibadətləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb. Azərbaycandakı dini icmaların rəhbərləri ölkənin taleyüklü məsələlərində həmişə eyni mövqedən çıxış edir.
Oqtay Əsədov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə dini don geyindirilməsi cəhdlərinin heç bir əsasa malik olmadığını diqqətə çatdırıb. Bildirib ki, 25 ilə yaxındır Azərbaycan ərazisinin 20 faizi, yəni, Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və bu ərazilərdə etnik təmizləmə aparılıb. Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb.
Milli Məclisin sədri münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylərin Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədiyini təəssüflə qeyd edib. O, vəziyyətin bu cür qalmasının, münaqişənin nizama salınmamasının nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə törətdiyini vurğulayıb. Oqtay Əsədov aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələrin bunu bir daha sübut etdiyini xatırladıb. Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutduğunu, Azərbaycan Silahlı Qüvvələrinin dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olduğunu, genişmiqyaslı hərbi əməliyyatların çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxardığını diqqətə çatdırıb.
Parlamentin sədri deyib ki, bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının dünya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir: “Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və bütün münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.
“Son dövrlərdə dünya quruluşu sistemində beynəlxalq hüququn norma və prinsiplərinin çərçivəsi pozulur və təəssüf ki, onun yerini gücün hüququ tutur. Bu, çox təhlükəli bir tendensiyadır, ona görə də biz bunu həmişə diqqətdə saxlamalıyıq”, - deyə Milli Məclisin sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

