Müxalifətin zəifliyini iqtidarla bağlamaq düzgün deyil
20.09.2016 [10:30]
“Azərbaycanda müxalifətin zəif olmasında iqtidarı günahlandırmaq və bunu hakimiyyətin minusu kimi də qəbul etmək səhv fikirdir. Azərbaycanda bu gün müxalifət ona görə zəifdir ki, hakimiyyət çox yaxşı işləyir”. Bu barədə “Modern.az”-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, bildirib ki, müxalifətin zəifliyini iqtidarla bağlamaq düzgün deyil.
S.Novruzov hesab edir ki, ölkədə ciddi sosial problemlər mövcud olanda müxalifət daha güclü olur: “Bu gün müxalifətin zəifliyini hakimiyyətin basqısı ilə əlaqələndirmək səhv fikirdir. Ölkədə sosial problemlər həll olunmayanda, ölkə iqtisadi cəhətdən zəifləyəndə, dövlət başqa ölkələrin təsiri altına düşəndə müxalifət güclü olur.
Dünya tarixinə baxsaq görərik ki, bu günə qədər Hindistanda, Pakistanda, keçmiş sovet məkanında, Şərqi və Qərbi Avropada belə, iqtidar ölkənin taleyüklü məsələlərini öz çiyinlərinə götürməyəndə müxalifət bunu tələb edir və çox güclü olur”.
Daha sonra Siyavuş Novruzov deyib: “Bu gün Azərbaycanda ölkənin bütün taleyüklü məsələ və problemlərini mövcud iqtidar öz üzərinə götürüb və bunları çox uğurla həll edir. Ölkə Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Bu gün Azərbaycan iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək səviyyədədir.
Azərbaycanda ictimai-siyasi sabitik mövcuddur, sosial problemlər qaldırılır və öz həllini tapır. Təbii ki, bütün problemləri 1 gündə həll etmək mümkün deyil. Bu gün Azərbaycan xalqı iqtidara etibar edir, inanır və bütün problemlər də öz həllini tapacaq”.
Deputat bildirib ki, Azərbaycanda olan icbari tibbi müayinə dünyanın heç bir ölkəsində yoxdur: “Bu gün Azərbaycanda məcburi tibbi müayinə sistemi var. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Azərbaycanda dövlət ildə 2 dəfə insanları məcbur edir ki, get tibbi yoxlamadan keç və görək ki, sənin nə xəstəliyin, nə dərdin var.
Bu, dünyanın heç yerində görünməyib. Hətta ABŞ və Norveçdə belə, əhalinin məcburi və icbari şəkildə tibbi yoxlanışı yoxdur. Bu ölkələrdə heç kimi məcbur edə bilməzsən ki, get tibbi müayinədən keç. Çünki Avropanın inkişaf etmiş ölkələrində tibbi yoxlanışlar ödənişlidir, Azərbaycanda isə pulsuzdur. Azərbaycanda xalqın qədrini bilmək bununla ölçülür.
Əvvəllər insanlar rayonlardan şikayətə Bakıya gəlirdilər. Amma artıq bu gün ölkə başçısı nazirləri rayonlara xalqın yanına göndərir.
Buna görə də Azərbaycanda müxalifət yoxdur. Əsas səbəb budur. Burada hakimiyyətdə günah axtarmaq və ya iqtidarı günahlandırmaq səhvdir. Azərbaycan hakimiyyəti və dövləti bu gün sosial və vacib əhəmiyyətli problemləri həll etdiyinə görə müxalifət yoxdur”, - deyə Siyavuş Novruzov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

