Radikal müxalifət dini ekstremistləri dəstəkləyir
21.09.2016 [10:02]
Əli Əhmədov: Siyasətə din elementlərinin gətirilməsi ölkənin konstitusion əsaslarına təhlükə kimi qiymətləndirilməlidir
Son illər Azərbaycan dövləti uğurlu siyasət nəticəsində sürətlə inkişaf edir, beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə hər hansı qlobal layihələri həyata keçirmək mümkün deyil. Təbii ki, ölkəmizin gücünün artması, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi anti-azərbaycançı mərkəzləri, erməni lobbisini narahat edir. Həmin dairələr Azərbaycanın inkişafının qarşısını almaq, ictimai-siyasi sabitliyi pozmaq üçün vaxtaşırı olaraq məkrli planlar həyata keçirməyə çalışır və bu məsələdə ölkə daxilindəki radikal müxalifətdən istifadə edirlər.
Elə istər radikalların toplaşdığı “Milli şura”nın, istərsə də Müsavat Partiyasının son vaxtlar yenidən “fəallaşması” və keçirdikləri son “mitinq”lərdə səsləndirilən fikirlər də deyilənləri sübut edir. Bu məqamda onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdəki sabitliyi pozmaq üçün xaricdəki anti-azərbaycançı dairələrdən sifariş alan radikal müxalifət düşərgəsinin təmsilçiləri, eyni zamanda, dini ekstremistləri dəstəkləyir, keçirdikləri “mitinq”lərdə meydanları radikal islamçılarla doldurmağa çalışırlar. Buna nümunə olaraq “Milli şura”nın və “Müsavat”ın son “mitinq”lərində radikal islamçıların, həmçinin terrorçuların, başqa dövlətlərə casusluq etdiklərinə görə həbs olunmuş şəxslərin müdafiə edilməsini göstərmək olar.
Elə radikal “Müsəlman Birliyi Hərəkatı” adlı qondarma qurumun sədri Taleh Bağırzadə və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının “Milli şura”nın 11 və 17 sentyabr “mitinq”lərinə qoşulması, 18 sentyabrda isə “Müsavat”ın mitinqində İsa Qəmbərin həmin şəxslərin və ETTELAAT-la əməkdaşlığa görə həbs olunmuş Səid Dadaşbəylinin ünvanına xüsusi jestlər etməsi də deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, “Milli şura”nın “mitinq”lərində dini radikallar xüsusi fəallıqları ilə fərqlənib və bu aksiyalarda Taleh Bağırzadə ilə Mövsüm Səmədovun porterləri üstünlük təşkil edib. Eyni zamanda, aksiya iştirakçıları tərəfindən onları müdafiə edəcək çağırışlar səsləndirilib. AXCP sədri Əli Kərimlinin isə dini ekstremistlərə, terrorçulara, casuslara xitabən “qardaşlarım” deyə müraciət etməsi bir daha onun xislətini açıq şəkildə ortaya qoyur. Yəni, bununla da, AXCP sədri və onun tərəfdarları hakimiyyətə gəlmək naminə bütün sivil dəyərləri, demokratik prinsipləri, qanunçuluğu ayaqlar altına atmağa hazır olduğunu sübut edir. Müxalifətin radikal kəsiminin dini radikallarla sıx əməkdaşlığını sübut edən digər fakt isə “Milli şura”nın 17 sentyabr mitinqində “islamçı” Rövşən Əhmədlinin dini ekstremist Taleh Bağırzadənin müraciətini səsləndirməsi oldu. Həmin müraciətdə açıq-aşkar şəkildə dövlətə və hakimiyyətə qarşı çağırışlar var idi ki, bu da bütövlükdə konstitusion quruluşa qarşı çıxmaq deməkdir. Dövlətin konstitusion quruluşuna qarşı çıxmaq isə birbaşa cinayətdir. Təbii ki, belə şəxsləri dəstəkləməklə siyasi radikallar da dini ekstremistlərlə eyni mövqeyi paylaşmış olurlar. Bütün bunlar, yəni siyasi müxalifətin, daha doğrusu, siyasi radikalların dini radikalizmlə birləşməsi isə ölkənin konstitusion əsaslarına təhlükə kimi qiymətləndirilməlidir.
Yeri gəlmişkən, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov da bu günlərdə kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə “Milli şura”nın son həftələrdə təşkil etdiyi mitinqlərdə siyasi müxalifətin dini radikalizmlə birləşməsinin, siyasətə din elementlərinin gətirilməsinin narahatlıq doğurduğunu bildirib: “Milli şura”nın son həftələrdə təşkil etdiyi mitinqlərdə həqiqətən narahatlıq doğuran siyasi müxalifətin dini radikalizmlə birləşməsi, siyasətə din elementlərinin gətirilməsidir. Əvvəla, bu qanuna ziddir. Siyasi partiyaların din elementlərindən, dindarlardan öz fəaliyyətlərində və aksiyalarında istifadə etməsi qanunla qadağan olunub. İkincisi, siyasətə din elementlərinin gətirilməsi dünyəvi dövlət anlayışı ilə bir araya sığmır. Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikası dünyəvi dövlət elan edilib və bu mənada siyasətə din elementlərinin gətirilməsi ölkənin konstitusion əsaslarına təhlükə kimi qiymətləndirilməlidir”.
Müsahibəsində Yaxın və Orta Şərqi qana bürümüş hadisələrin ətrafdakı istənilən ölkəyə keçmə ehtimalının böyük olduğunu deyən Baş nazirin müavini əlavə edib ki, dini radikalizm bu işdə ən təhlükəli vasitə ola bilər: “Üçüncüsü isə, bunu mən xüsusilə vurğulamaq istəyirəm, biz ətrafımızda baş verən fəlakətlərdən ibrət dərsi götürməyə məcburuq. Yaxın və Orta Şərqi qana bürümüş hadisələrin ətrafdakı istənilən ölkəyə keçmə ehtimalı böyükdür. Dini radikalizm isə bu işdə ən təhlükəli vasitə ola bilər. Azərbaycandakı davamlı, dayanıqlı sabitlik indiki halda malik olduğumuz ən böyük nemətdir. Prezidentin həyata keçirdiyi unikal uğurlu siyasət sayəsində qərar tapmış sabitliyi qorumaq təkcə iqtidarın deyil, bütün siyasi qüvvələrin, qrupların, hər bir vətəndaşın ümdə vəzifəsi olmalıdır. Əks halda, hər şey əldən gedə bilər. Nümunə isə göz qabağındadır. Bizim ölkəmizdən çox da uzaq olmayan coğrafiyalarda qan ürpədən insan faciələri, həlak olan on minlərlə insan, dağılan ailələr, yerlə yeksan olan şəhərlər, məhv olan ölkələr, çöllərə düşən, sığınacaq diləyən bütöv millət.
Belə bir şəraitdə siyasətə din elementlərinin gətirilməsini, partiyaların dini radikalizmlə birləşməsini nəinki sabitliyə, əmin-amanlığa, həm də ölkənin birliyinə, dövlətin mövcudluğuna, millətin təhlükəsizliyinə qəsd hesab edirəm. Həyəcan təbili çalınmalıdır. Bütün xalq öz etiraz səsini ucaltmalıdır. Siyasi müxalifətin dini radikalizmə yuvarlanmasının qarşısı qətiyyətlə alınmalıdır”, - deyə Əli Əhmədov vurğulayıb.
Bir sözlə, göründüyü kimi, radikal siyasi müxalifətlə dini radikalların birləşməsi qanun pozuntusu olmaqla yanaşı, ölkəmizdə sabitlik üçün ciddi təhdiddir. Digər tərəfdən, qeyd edək ki, Azərbaycanda din dövlətdən ayrıdır və ölkəmizdə dini təhlükəsizlik tam təmin olunub. Bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən dini etiqad azadlığından ictimai asayişə, ən əsası, milli maraqlara zidd olmamaq şərti ilə yararlana bilər. Məhz bu baxımdan da siyasi və dini radikalların pozuculuq fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33

