Bəhruz Quliyev: Azərbaycan təhdid və təzyiq dili ilə danışmağı qəbul etmir
24.09.2016 [10:07]
“Azərbaycanın 20 ildən artıq müddət ərzində stabil inkişaf erasına daxil olması, dünyanın müxtəlif istiqamətli təhlükəsizlik məsələlərində söz sahibinə çevrilməsi, transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi aparıcı rol alması beynəlxalq münasibətlər sistemində diktat rolunu almaq və milli dövlətləri əzmək niyyətində olan bir sıra imperialist baxışlı siyasi dairələri narahat edir”.
Bunu Trend-ə açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, ABŞ-da və Qərbi Avropa ölkələrində erməni lobbisinin təsiri altında olan bəzi siyasi dairələr Azərbaycanın uğurlarına kölgə salmaq cəhdlərini artırmaqdadırlar. Belə ki, ölkəmizin inkişaf və tərəqqi amili üzərindəki yüksəlişi sözügedən dairələrin qaranlıq maraqlarına cavab vermir, ölkəmizi idarə etmək niyyətində olan qüvvələrə sərf etmir: “Əlbəttə ki, bütün bunlar başda ABŞ olmaqla Qərb dünyasının Azərbaycanın hərtərəfli inkişafına, müstəqil siyasət yürütməsinə olan qısqanclıq münasibətindən irəli gəlir. Ümumiyyətlə, ölkəmiz hər hansı bir əhəmiyyətli ictimai-siyasi hadisə ərəfəsində olarkən, biz onların fəallıqlarını hiss edirik. Bu gün də eyni hal yaşanır. Bilirsiniz ki, Azərbaycan növbəti ümumxalq səsverməsi ərəfəsindədir. Ölkədə siyasi əhval-ruhiyyə yüksəkdir, insanların böyük əksəriyyəti artıq Referendum Aktını dəstəklədiyini və sentyabrın 26-da onun lehinə səs verəcəklərini bildirir. Əlbəttə ki, bu fakt Azərbaycanda sosioloji sorğu keçirmiş xarici təşkilatların hesabatlarında da öz əksini tapıb. Lakin bununla barışmaq istəməyən anti-Azərbaycan dairələri müxtəlif formalarda, simalarda ölkəmizə təzyiq etmək, dünya ictimaiyyətini çaşdırmaq istəyir, o cümlədən ölkəmizdə mövcud olan, eləcə də möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyə hər vəchlə maneə yaratmağa çalışırlar. Çünki onlar yaxşı bilirlər ki, referenduma çıxarılan məsələlər birbaşa Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın rifahının daha da yüksəlməsinə xidmət edir və xalq tərəfindən dəstəkləndikdən sonra yenilənmiş Konstitusiya Azərbaycanın müstəqil, praqmatik və rasional siyasətini daha da effektli edəcək. Bununla da, həm Azərbaycan vətəndaşlarının hüquqlarının daha etibarlı qorunması, sosial-iqtisadi islahatların qarşısıalınmaz proses kimi davam etdirilməsi, təhlükəsizliyimizin daha etibarlı təşkil olunması və s. baş tutacaq. Onlar məhz tərəqqimizi, inkişafımızı istəmirlər və maraqlısı da budur ki, daha öncələr bu əməllərini gizlətməyə çalışırdılar, indi isə aşkar qaydada hərəkətə keçirlər. Məqsəd bəllidir: Azərbaycanda siyasi böhran yaratmaq. Bu isə yolverilməzdir”.
Siyasi ekspert vurğulayıb ki, xüsusilə son bir neçə həftə ərzində Azərbaycana qarşı total hücumların olması müşahidə edilməkdədir: “Avropa Şurasının Venesiya Komissiyasının qərəz dolu rəyindən dərhal sonra BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun qurumun reallıqdan kənar, siyasi sifarişli hesabatını açıqlaması, eyni zamanda ABŞ-dakı bəzi “beyin mərkəzləri”nin Azərbaycanı hədəfə alması onu göstərir ki, ölkəmizə qarşı total hücumlar var. Aydın şəkildə görürük ki, bütün bunlar bir mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir və referendumla bağlı Azərbaycan hakimiyyətinin siyasi mövqeyinə, xalqın iradəsinə təsir göstərmək məqsədi daşıyan aşkar sifarişli kampaniyadır”.
B.Quliyev bildirib ki, anti-Azərbaycan dairələrinin hücumları bütün mənalarda nəticəsiz qalacaq. Çünki demokratik və hüquqi dövlət olan Azərbaycanda xalq-hakimiyyət birliyi mövcuddur: “Vətəndaş-dövlət, daha dəqiqi isə, xalq-iqtidar vəhdəti kontekstindəki münasibətlərin hakim olduğu siyasi sistemlərdə “suyu bulandırmaq” əsla mümkün deyil. O cümlədən Azərbaycan təhdid və təzyiq dili ilə danışmağı qəbul etmir və bu barədə Prezident İlham Əliyev demək olar ki, hər bir çıxışında bəyan edir. Dövlət rəhbərimiz vurğulayır ki, müstəqil, qətiyyətli və möhkəm təməllərə əsaslanmış siyasət yürüdən Azərbaycanla heç bir qüvvə təhdid dilində danışa bilməz.
Bu baxımdan, sözügedən qüvvələrin cəhdləri mənasızdır. Yaxşı olardı ki, başda ABŞ olmaqla Qərb dünyası daxillərindəki çoxsaylı irqçilik, ksenofobiya, islamofobiya, onları ifşa edən media mənsublarının təqib olunması və s. problemlərə diqqət ayırsınlar. İslamofobiyanı, etnik-irqi diskriminasiyanı, insan hüquqlarının kobud və sistemli şəkildə pozulmasını, digər ölkələrin daxili işlərinə qarışmaları fonunda siyasi korrupsiyanı həyat normasına çevirən Qərb ölkələri tolerantlıq, multikulturalizm nümunəsini elə Azərbaycandan öyrənə bilərlər. Bu gün belə qüvvələr dərk etməlidirlər ki, Azərbaycan heç də çirkin oyunlar məkanı deyil, inkişaf, sivilizasiyalararası dialoq və transmilli əməkdaşlıq mərkəzidir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29

