/ / Vətəndaşlar ictimai asayişin, təhlükəsizliyin, cinayətkarlıqla mübarizənin gücləndirilməsinə biganə qalmamalıdır
Vətəndaşlar ictimai asayişin, təhlükəsizliyin, cinayətkarlıqla mübarizənin gücləndirilməsinə biganə qalmamalıdır
02.06.2009 [09:33]
Xəbər verdiyimiz kimi, “Polis haqqında” Qanuna əlavə və dəyişikliklər haqqında Milli Məclisin qərarı polis orqanları yanında ictimai şuraların yaradılmasını nəzərdə tutub. Əlavə və dəyişikliklərin əsas məqsədi ictimaiyyəti, ayrı-ayrı fəal vətəndaşları asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətin maarifləndirilməsi işinə cəlb etmək, neqativ hallarla mübarizədə ictimaiyyətin imkanlarından daha geniş istifadə etməkdir.
Təcrübə göstərir ki, ictimai asayiş və təhlükəsizlik kimi mühüm vəzifələrin həyata keçirilməsində ictimaiyyətin dövlət orqanlarına köməyi olduqca vacib amil hesab edilir.
Amma bəzi mətbuat orqanları və özlərini ekspert adlandıran şəxslər qanuna əlavə və dəyişiklikləri köhnə sovet stereotipləri əsasında şərh edir, ictimai rəyi çaşdırmağa çalışır.
Bu baxımdan, ictimaiyyətin düzgün məlumatlandırılması məqsədilə məsələ ilə əlaqədar ekspertlərin rəyini oxucuların diqqətinə çatdırırıq:
YAP Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, “Polis haqqında” Qanunda vətəndaşlarla iş və ictimai asayişin qorunması ilə bağlı xüsusi bir maddə var: “Burada bir daha göstərilir ki, polis şöbələri yanında ictimaiyyət nümayəndələrinin könüllülük əsasında ictimai asayişin qorunması istiqamətində imkanlarından istifadə oluna bilər”.
Onun sözlərinə görə, söhbət Azərbaycanın şəhər və rayonlarında gedən sınağın artıq qanun şəklində qəbulundan gedir. O bildirib ki, Avropa Şurası və digər bir neçə beynəlxalq təşkilatların tövsiyəsi ilə sadə vətəndaşların imkanlarından geniş istifadə edilməsi üçün respublikanın bir neçə şəhər və rayonlarında ictimaiyyət nümayəndələrindən ibarət şuralar yaradılıb.
“Bu şuraları keçmiş “drujinalar” kimi qəbul etmək düzgün deyil. Yəni, burada söhbət vətəndaşların birbaşa reydə buraxılmasından, təhkim olunma funksiyalarının yerinə yetirilməsindən getmir. Söhbət rayon və şəhər səviyyəsində polis idarələri yanında həmin bölgədə nüfuzu olan şəxslərin nüfuzundan yaxşı mənada istifadə edilməsindən gedir. Həmin insanlar ayrı-ayrı yaşayış məntəqələrində ictimai asayişin yerinə yetirilməsində polisə kömək edəcək, polislə birlikdə vətəndaşlar arasında profilaktik söhbətlər aparacaq, hər hansı bir məsələyə təsir etmək mümkündürsə, həmin məsələyə təsir etmək imkanlarından istifadə ediləcək” - deyə, millət vəkili qeyd edib.
Onun sözlərinə görə, bu, məcburiyyət və ya polisə aid olan məsələlərin sıravi vətəndaşlar tərəfindən icra olunması kimi başa düşülməməlidir. Burada əsas məqsəd ictimai mühitin sağlamlaşdırılması, insanlara qanun haqqında daha geniş məlumat verilməsi, ictimai təsir nəticəsində qanun pozuntusunun əleyhinə insanların məlumatlandırılmasıdır. Aydın Mirzəzadə onu da bildirib ki, bununla hər hansı bir qanun pozuntusu, yaxud da həmin qanunun başqa istiqamətdə izah edilməsinə yol verilməyəcək: “Bütün bu kimi təcrübələr ayrı-ayrı bölgələrdə artıq toplanıldığına görə, onun respublika ərazisində yayılması nəzərdə tutulub. Qanun ağ səhifədən tətbiqə başlamayacaq. Artıq müəyyən təcrübə olduğuna görə, onun bütün respublika ərazisində tətbiqi, düşünürəm ki, problemsiz başa çatdırılacaq”.
Bu məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc isə bildirib ki, ictimai şuraların yaradılması üçün irəli sürülən təşəbbüs kifayət qədər ümumi maraqları özündə təmin edir. Onun sözlərinə görə, bundan sonra ictimai təhlükəsizliyin təmin olunması müxtəlif polis qurumları tərəfindən həyata keçiriləcək ki, onlar da lokal ərazi vahidləri əsasında fəaliyyət göstərəcək: “Milli Məclisdə “Polis haqqında” Qanuna edilən əlavə və dəyişiklik kifayət qədər əsaslıdır və cəmiyyətdə ictimai təhlükəsizliyin təmin olunmasında çox mühüm addımdır və təhlükəsizlik fəaliyyətinin həyata keçirilməsində çox böyük rolu var. ümumiyyətlə, keçmiş Sovet yanaşması bütün bu vəzifələri dövlətin üzərinə qoyurdu. Ona görə də, təhlükəsizlikdən danışanda birinci növbəti dövlət təhlükəsizliyi məsələsi önə çəkilirdi. Amma təhlükəsizliyə demokratik yanaşma birinci vətəndaşdan başlayır. Bu insanlar da təhlükəsizliyin təminatında iştirak etməlidirlər. İctimai şuralar asayişin qorunması, maarifləndirici işlərin həyata keçirilməsi və digər məsələlərdə önəmli rol oynayacaq. Bu heç bir halda hüquq-mühafizə, güc orqanlarına xəbər vermə, məlumat çatdırma, xəbərçilik və s. mənasında nəzərdə tutulmayıb”.
İctimai şuraların sovet dövründəki “drujina”larla paralelləşdirilməsini düzgün hesab etməyən Z.Oruc qeyd edib ki, keçmiş Sovet dövründəki müəyyən idarəçilik elementlərinin mövcud olması bu gün kimlərəsə mane olur. Onun fikrincə, həmin insanlar istənilən atılan addımın dərhal sovet dövründəki paralelini tapmağa çalışırlar və bununla da atılacaq xoşməramlı addımı bəri başdan əngəlləməyə cəhd edirlər. “Söhbət heç bir halda “drujina”lardan, onların hansısa xüsusi sarğı taxmasından, xüsusi forma geyinməsindən, məhkəmə və digər qurumlarda onların səlahiyyət almalarından getmir” - deyən millət vəkili əlavə edib ki, cəmiyyət üçün lokal ərazilərdə hörməti olan, kifayət qədər tanınan insanlar ictimai şuralara cəlb olunacaqlar: “Buna polisin ümumi fəaliyyətinə nəzarət mexanizmi demək olar. Mən hesab edirəm ki, “Polis haqqında” Qanuna təklif olunan müddəalar cəmiyyətdəki ümumi təhlükəsizliyi, polis-vətəndaş arasındakı əməkdaşlığı gücləndirəcək və xalqımızın xeyrinə işləyəcək”.
Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Avropa İttifaqına üzv olmaq, Avropa ailəsinə inteqrasiya etmək üçün qanunvericiliyin təkmilləşdirilməsi tələbləri sırasında bu gün icma polislərinin və yaxud polislərin yanında ictimai şuraların yaradılması bir şərt kimi qoyulur.
Onun sözlərinə görə, belə bir təcrübə tək Azərbaycanda deyil, inkişaf etmiş bütün Avropa ölkələrində var.
“Hesab edirəm ki, polis orqanları yanında ictimai şuraların yaradılması ölkədə ictimai asayişin və ictimai təhlükəsizliyin təminatına çox ciddi dəstək olacaq” - deyə, millət vəkili qeyd edib. A.Quliyev bildirib ki, ictimai təhlükəsizliyi təmin etmək tək polislərə yox, hər bir vətəndaşa aiddir: “Son hadisələr, xüsusilə, Azərbaycan Dövlət Neft Akademiyasında baş verənlər göstərdi ki, vətəndaşların, dövlət orqanlarının, hüquqi şəxslərin, ayrı-ayrı komissiya təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və digərlərinin bu prosesdə yaxından iştirak etmələrinə çox böyük ehtiyac var”.
Millət vəkili vurğulayıb ki, bu qərarı keçmişə qayıdış kimi qiymətləndirən insanlar faktiki reallığa yox, müəyyən siyasi korrekturaya xidmət edənlərdir. Bu insanların fikirlərini hər hansı bir formada qəbul etmək, sadəcə olaraq, məntiqə uyğun deyil.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə deyib ki, cəmiyyətin özündə ictimai nəzarətin həyata keçirilməsi mövcud olmalıdır: “Polis haqqında” Qanuna edilən əlavə və dəyişikliklər ictimai nəzarətin həyata keçirilməsində yerinə düşən bir məsələdir”.
Onun fikrincə, ətrafda baş verən hadisələrə heç kim biganə qalmamalıdır.
“Hər kəs hiss etməlidir ki, o, bir nəzarətçidir. Bu baxımdan, qanuna edilən əlavə və dəyişikliklər çox vacib bir məsələdir. Hüququ baxımdan belə bir tənzimləmə olduqda insanlar öz məsuliyyətlərini də başa düşür, vətəndaşlıq borclarının olduğunu dərk edirlər. Bu baxımdan, yeni qərar çox təqdirəlayiqdir” - deyə, A.Hüseynov vurğulayıb. Onun sözlərinə görə, artıq insanların dünyagörüşü, məsələyə münasibəti dəyişib. Sovet idarəçiliyinin öz mexanizminin olduğunu deyən A.Hüseynov qeyd edib ki, indiki ictimai nəzarəti, ictimai şuraları sovet dövründəki ilə eyniləşdirmək düzgün deyil.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27

