Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib
29.10.2016 [10:53]
Oktyabrın 28-də Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının (HBŞ) iclası keçirilib. MDB İcraiyyə Komitəsinin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda MDB-nin fəaliyyətinin prioritet istiqamətləri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair 20-dən çox sənədin layihəsi müzakirə edilib.
Forumda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İqtisadi sahədə qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi dıqqət yetirilib.
O cümlədən, Azad Ticarət Zonası haqqında Müqavilənin müddəalarının reallaşdırılmasının gedişi nəzərdən keçirilib. Bu günə qədər tərəflər dövlət satınalmalarının tənzimlənməsi qaydalarını və prosedurlarını razılaşdırıblar. Xidmətlərin sərbəst ticarətini tənzimləyən sənəd hazırlanır. İclas iştirakçılarının fikrincə, ticarət mübahisələrinin həll edilməsinin müqavilədə nəzərdə tutulan mexanizmləri qarşılıqlı faydalı nəticələrə nail olmağın ən səmərəli yoludur, əmtəə və xidmətlər ticarətində qarşıya çıxan maneələrin aradan qaldırılması isə qarşılıqlı ticarətin inkişafına və onun iştirakçılarının iqtisadi artımına şərait yaradır.
HBŞ iclasında Birlik ölkələrinin mədən-metallurgiya, avtomobilqayırma sahələrində əməkdaşlığı haqqında bu sahələrin müəssisələrinin əlaqələndirilmiş işinin təmin edilməsinə yönəlmiş sazişlər imzalanıb. Saziş tərəflərinin əməkdaşlığı məsələləri üzrə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi MDB üzvü olan dövlətlərin Sənaye Siyasəti Şurasına həvalə edilib.
Kontrafakt məhsulların istehsalına və yayılmasına qarşı mübarizə, həmçinin istehlakçıların hüquqi maarifləndirilməsi sahəsində əməkdaşlıq barədə imzalanmış sazişlər intellektual mülkiyyətin və istehlakçı hüquqlarının müdafiəsinə yönəlib. MDB üzvü olan dövlətlərin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı Konsepsiyası, habelə bu Konsepsiyanın reallaşdırılmasına dair Tədbirlər Planı bəyənilib.
HBŞ iclasında 2025-ci ilə qədər olan dövr üçün informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB üzvü olan dövlətlərin Əməkdaşlıq Strategiyası qəbul edilib, bu strategiyanın həyata keçirilməsinə dair 50-dən çox tədbirdən ibarət Fəaliyyət Planı bəyənilib.
Hökumət Başçıları Şurasının iclasında humanitar sahəyə aid bir sıra mühüm sənədlər nəzərdən keçirilib. Məsələn, MDB üzvü olan dövlətlərin humanitar sahədə əməkdaşlığına dair yaxın iki il üçün prioritet tədbirlər planlaşdırılıb, müharibə veteranlarının, lokal münaqişələrin iştirakçılarının və onların ailə üzvlərinin həyat keyfiyyətinin yüksəldilməsi və onlara tibbi-sosial yardımın daha da inkişaf etdirilməsinin əsas istiqamətlərinin reallaşdırılmasına dair tədbirlərin 2017-ci ildə maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Təhlükəsizliyin təmin edilməsi sahəsində MDB üzvü olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizəni Əlaqələndirmə Bürosunun fəaliyyətini, “Uran hasilatı istehsalatlarının təsirinə məruz qalmış dövlətlərin ərazisinin rekultivasiyası” adlı Dövlətlərarası Məqsədli Proqramın və MDB üzvü olan dövlətlərin hidrometeorologiya fəaliyyətinin inkişafı Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsinin gedişini tənzimləyən sənədlər bəyənilib.
İclasda Birlik üzvü olan dövlətlərin hava hücumundan müdafiəsi üzrə birləşdirilmiş sistemin yaradılması və inkişafı üçün təxsisatların istifadəsi və gələn il bu sistemin maliyyələşdirilməsi haqqında qərarlar qəbul edilib.
Bundan əlavə, hökumət başçıları bir sıra büdcə-maliyyə məsələlərini nəzərdən keçirib, növbəti görüşün keçiriləcəyi tarixi və yeri müəyyən ediblər. Həmin görüş mayın 26-da Rusiyada keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

