/ / Belarus Prezidenti MDB üzvü olan dövlətlərin hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
Belarus Prezidenti MDB üzvü olan dövlətlərin hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
29.10.2016 [10:53]
Avrasiya İqtisadi Şurasının (AAIŞ) və Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclaslarının Minskdə keçirilməsini Belarusda bu ölkənin fəal inteqrasiya siyasətinin etirafı kimi qəbul edirlər. Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikri oktyabrın 28-də AAIŞ və MDB Hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə söyləyib. AZƏRTAC bu barədə Birliyin Minskdəki qərargahının mətbuat xidmətinə və BELTA agentliyinə istinadla məlumat verir.
AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, bu forumda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.
Aleksandr Lukaşenko vurğulayıb: “Bişkekdə dövlət başçıları hökumətlərə işarə verdilər ki, MDB-nin inkişafı üçün yeni, müasir impulslar axtarıb tapmaq, Birlik orqanlarının işinin səmərəsini artırmaq lazımdır. Gərəksiz və səmərəsiz nə varsa, hamısı keçmişdə qalmalıdır”.
Belarus Prezidentinin fikrincə, sanballı elmi, praktiki və iqtisadi nəticələr əldə etmək məqsədilə MDB ölkələrinin resurslarının birləşdirilməsi əsasında iri müştərək kosmik layihə həyata keçirilməsi mümkündür. Onun sözlərinə görə, daxili bazarların strateji xammal resursları, o cümlədən enerji ehtiyatları ilə təmin edilməsi mühüm istiqamətdir. Belarus Prezidenti deyib: “Dövlətlərimizin milli enerji proqramlarının aktuallaşdırılması və qarşılıqlı əlaqələndirilməsi, enerji kooperasiyası, yeni texnologiyaların tətbiq edilməsi, alternativ enerjinin payının artırılması zəruridir. Ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın davam etdirilməsi öz əhəmiyyətini saxlayır. Burada həm bizim aqrosənaye komplekslərinin xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, həm də daxili ərzaq tədavülü məsələlərinin həllinə dair birgə tədbirlər həyata keçirilməsi məqsədəuyğun olar”.
Onun sözlərinə görə, bu fikir kənd təsərrüfatı mallarının təhlükəsizliyi və keyfiyyəti sahəsində tələblərin uzlaşdırılmasına, o cümlədən ayrı-seçkiliyə yol verilməyən monitorinq və nəzarət formalarından istifadə edilməsinə, laboratoriya nəzarətinin nəticələri barədə informasiya mübadiləsi sisteminin inkişafına, ərazilərin baytarlıq baxımından salamatlığının pozulması hallarının birlikdə aşkar edilməsinə aiddir.
Belarus Prezidenti hesab edir ki, sahəvi əməkdaşlıq orqanlarının fəaliyyəti sistemli və məqsədli-proqram xarakterli olmalıdır. A.Lukaşenko deyib: “Bu orqanların bəziləri onilliklər boyu fəaliyyət göstərir, lakin Birliyin inkişafına töhfə vermir. Halbuki ekspert fəaliyyəti məhz bu səviyyədə - siyasi qərarların praktiki məzmun kəsb etməsi səviyyəsində həyata keçirilir. Bu işin nəticələri konkret MDB-nin vətəndaşlar, təşkilatlar, müəssisələr və dövlətlər üçün faydası barədə təsəvvür formalaşdırır”.
Aleksandr Lukaşenko vurğulayıb ki, bütün bu mövzular heç də təzə deyil və onlara sadəcə başqa mövqedən yanaşmaq, müasir reallıqlar nəzərə alınmaqla onları aktuallaşdırmaq lazımdır.
Xəbər lenti
Hamısına baxGündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43

