/ / Baş nazir Artur Rasizadə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşüb
Baş nazir Artur Rasizadə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşüb
02.11.2016 [10:06]
Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşüb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biri olan Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət başçılarının təşəbbüsü ilə keçirilən Forumun artıq yaxşı ənənəyə çevrildiyini deyən rusiyalı qonaqlar belə tədbirlərin ölkələrimiz arasında mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik yaratdığını vurğulayıblar. Forumun gedişi barədə Azərbaycanın Baş nazirinə məlumat verən qonaqlar bildiriblər ki, tədbirin rəsmi açılışından sonra sənaye, turizm, aqrar, humanitar bölmələr üzrə “dəyirmi masa”larda davam edən müzakirələr zamanı konkret istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Hər iki ölkə rəsmilərinin iştirak etdikləri tədbirə, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların da qatılmasını səmərəli təcrübə adlandıran qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.
Azərbaycan iqtisadiyyatının uğurları, qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə qonaqlara məlumat verən Baş nazir Artur Rasizadə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Baş nazir vurğulayıb ki, bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur. Baş nazir Forum iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq əmin olduğunu bildirib ki, əvvəlki illərdə keçirilən forumlar kimi, bu Forum da Azərbaycan-Rusiya iqtisadi-humanitar əlaqələrinin inkişafını stimullaşdıracaq.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

