Misir Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır
03.11.2016 [10:18]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirlər Azərbaycan ilə Misir arasında ikitərəfli münasibətlərin səviyyəsindən və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Söhbət zamanı ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcud olduğu qeyd edilib, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin göstərilməsinin vacibliyi vurğulanıb. Nazirlər gələn il Azərbaycan ilə Misir arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağını qeyd ediblər.
Elmar Məmmədyarov Azərbaycan ilə Misir arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə uğurla inkişaf etdiyini bildirib. Nazir, həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib, iqtisadi gündəliyin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafı haqqında danışaraq bu xüsusda altı ildən artıq müddətdə Azərbaycanın SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər.
Görüşdə, həmçinin noyabrın sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Elmar Məmmədyarov ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Nazir Misirin ərəb və İslam dünyasında mühüm rola malik olduğunu bildirib, birgə səylərlə İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini qeyd edib. O, gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti haqqında danışıb.
Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyini vurğulayıb. O deyib ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır. Nazir, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiklərini bildirib. O, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.
Nazir Sameh Şükri həmkarı Elmar Məmmədyarovun rəsmi səfərinin Azərbaycan ilə Misir arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib və hökumətlərarası birgə komissiyanın noyabrda keçirilməsi planlaşdırılan iclasının bu xüsusda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
S.Şükri Misirdə Süveyş kanalının inkişafı və genişləndirilməsi layihələrinin həyata keçirildiyini deyib. O, Azərbaycanı da bu istiqamətdə yaradılan logistika imkanlarından faydalanmağa çağırıb.
S.Şükri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Misirin mövqeyinin prinsipial xarakter daşıdığını, bu məsələdə beynəlxalq legitimlik prinsipinə və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslandığını bildirib. O, Misirin regionda davamlı sülh və sabitliyin bərqərar olmasını arzuladığını vurğulayıb.
Nazir Elmar Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.
Görüşdə, həmçinin parlamentlərarası əməkdaşlıq, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması kimi məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24

