Azərbaycanın Müstəqillik Günü Parisdə qeyd edilib
04.11.2016 [10:03]
Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar qəbul təşkil olunub.
Tədbirdə Fransada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, senatorlar, deputatlar, Robert Hüseyn, istedadlı rəssam Məryəm Ələkbərli, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Fransadakı səfirimiz Elçin Əmirbəyov tədbiri giriş sözü ilə açaraq 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyinə yenidən qovuşduğunu və müasir Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirib. Dövlətçilik tariximiz haqqında məlumat verən diplomat xalqımızın daim müstəqillik arzusu ilə yaşadığını vurğulayıb. Müstəqilliyin ilk illərində ölkənin siyasi, iqtisadi və sosial böhranlarla, eləcə də Ermənistanın təcavüzü ilə üzləşdiyini bildirib.
Qeyd edib ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişi ilə ölkədə vəziyyət dəyişib. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycan davamlı inkişaf mərhələsinə qədəm qoyub, xarici əlaqələr genişləndirilib, Ermənistanla atəşkəs sazişi imzalanıb, ölkədə demokratikləşmə prosesi başlayıb, neft strategiyasının əsası qoyulub. Azərbaycan Qafqazın ən inkişaf etmiş ölkəsinə çevrilib.
Ancaq bütün səylərə baxmayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması təəssüf hissi ilə qeyd edilib. Münaqişənin həlli üçün yaradılan Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarının heç bir nəticə vermədiyi vurğulanıb. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə, ədalətin bərpa olunacağına, qanunsuz işğala son qoyulacağına ümid etdiyi bildirilib.
Diplomat vurğulayıb ki, demokratiya, dünyəvilik və multikulturalizm Azərbaycan siyasətinin əsas istiqamətləridir. Ölkə mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrilib.
Bu gün Prezident İlham Əliyevin Ümummilli liderin siyasi kursunu uğurla davam etdirdiyi diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu Murad Hüseynov dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

