/ / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclasında iştirak edib
17.11.2016 [10:02]
Noyabrın 16-da Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Təhlükəsizlik şuraları katiblərinin illik iclası keçirilib.
İclasda MDB məkanında təhlükəsizliyin təmin olunmasına dair bir çox məsələlər müzakirə edilib.
Ölkəmizi iclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər.
Novruz Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilmiş iclasda ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Müasir dövrdə müəyyən ölkələrin bir-biri ilə əlaqəli şəkildə fəaliyyətinin vacibliyini vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Bu gün beynəlxalq münasibətlər olduqca mürəkkəbdir, beynəlxalq aləmdə vəziyyət hər gün dəyişir. Bugünkü iclasın da mövzusu müasir dövrdə təhdidlər və çağırışlar, onlara qarşı mübarizə formaları idi. Yüksək səviyyədə təşkil olunmuş görüşdə bir çox vacib məsələlər operativ həllini tapdı. Çox mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı. İclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev çıxış edərək bütün məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi, ölkəmizin müasir çağırışlara və təhdidlərə qarşı əlaqəli fəaliyyət göstərilməsinə hazır olduğunu bildirdi”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23

