Sevinc Fətəliyeva: Virtual məkanda zərərli informasiyaya çıxış çox təhlükəli faktordur
03.12.2016 [12:46]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva İtaliyada səfərdədir.
Deputatımız Florensiya şəhərində keçirilən sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edir. Tədbirlərdə uşaqlara qarşı cinsi zorakılıqla, uşaq əməyinin istismarı ilə, onlara qarşı sosial ədalətsizliklə mübarizə metodları, quruma üzv dövlətlərin Dünya Səhiyyə Təşkilatı ilə əlaqələrinin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılır.
Dekabrın 1-də iclasda Sevinc Fətəliyeva “Virtual məkanda uşaqlara qarşı zorakılıq və digər çağırışlar” mövzusunda çıxış edib.
“Hazırda virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir”, - deyə deputat bildirib.
S.Fətəliyeva qeyd edib ki, virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır. Bəzən isə virtual məkanda vebsaytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir. Zərərli informasiyaya çıxış çox təhlükəli faktordur. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur.
Bir sıra ölkələrin üzləşdiyi digər bir təhlükənin isə uşaqların terror təşkilatlarının onlayn təbliğat toruna düşməsi olduğunu vurğulayan S.Fətəliyeva deyib: “Cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaş, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər. Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-birilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir”.
Deputat atılması vacib olan addımlardan danışaraq bildirib ki, maarifləndirici kampaniyalar aparmaq, “internetdən təhlükəsiz istifadə” proqramları həyata keçirmək lazımdır. Həmçinin bələdiyyələr və QHT-lərin iştirakı ilə regional seminarlar təşkil etmək və nəsillər arasında “texnoloji (rəqəmsal) boşluğu” kiçiltmək vacibdir. Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır. Hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq.
Qeyd edilib ki, bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək çox vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

