Oqtay Əsədov: Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır və daimidir
23.12.2016 [09:50]
Dekabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov TürkPA-nın yeni inzibati binasının açılışı ilə bağlı mərasimdə iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş qardaş Türkiyənin parlamentinin sədrinə dərin təşəkkürünü bildirib. Sədr deyib ki, TürkPA bundan sonra da parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərəcək.
“Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk Akademiyası kimi qurumlar türk dünyasının birləşməsinə xidmət edir. İnanırıq ki, TürkPA gələcəkdə digər türkdilli dövlətləri əhatə edəcək nüfuzlu bir quruma çevriləcək. Bu təşkilatın digər beynəlxalq qurumlarla əlaqələrin güclənməsini təqdirəlayiq hesab edirik”, - deyə Oqtay Əsədov qeyd edib.
Söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərindən söz açan Milli Məclisin sədri dostluğumuzun sarsılmaz və daimi olduğunu bildirib. O, Türkiyədə sabitliyi pozmağa yönəlmiş xain terror aktlarını pisləyərək, polis əməkdaşlarının və sivillərin şəhid olması xəbərlərinin azərbaycanlıları kədərləndirdiyini deyib, türk xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib. Qeyd edilib ki, xalqlarımız əsrlərboyu bir yerdə olub, bir-birilərinin dərdinə şərik çıxıblar. Bu iki ölkə birlikdə türkdilli dövlətlərin əməkdaşlığına da müsbət təsir göstərir.
Görüşdə əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının rolu yüksək dəyərləndirilib. Qeyd olunub ki, əlaqələrimizin inkişafına parlamentlərimiz də öz töhfəsini verməkdədir. Hər iki ölkənin qanunvericilik orqanında dostluq qrupları fəaliyyət göstərir. Qarşılıqlı səfərlər, nüfuzlu beynəlxalq qurumlarda keçirilən görüşlər münasibətlərimizi daha da dərinləşdirir.
Dağlıq Qarabağ problemindən danışan sədr bu ilin aprel ayında işğalçı Ermənistanın Azərbaycanın nəyə qadir olduğunu gördüyünü bildirib. “Ancaq biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. İnanırıq ki, gec-tez bu məsələ öz ədalətli məntiqi nəticəsini tapacaq”, - deyə sədr vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ölkəmizə səfərindən, TürkPA-nın yeni inzibati binasının açılışı mərasimində iştirakından məmnunluq duyduğunu söyləyib. O, Azərbaycan Prezidentinə və dövlətinə TürkPA-ya göstərdikləri qayğıya və dəstəyə görə minnətdarlığını bildirib. Qonaq TürkPA-nın gələcəkdə türkdilli ölkələrin haqq səsinin dünya miqyasında eşidilməsi işinə layiqli töhfə verəcəyinə inamını ifadə edib.
Türkiyə-Azərbaycan münasibətlərinə toxunan İsmayıl Qəhrəman Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan tərəfindən də qarşılıqlı şəkildə bu dəstəyi daim hiss etdiklərini söyləyib. Bölgədəki vəziyyətdən söz açan qonaq Türkiyədə terror aktlarının arxasında dayanan qüvvələrin öz niyyətlərinə çata bilməyəcəklərini vurğulayıb.
Söhbət zamanı qonaq münasibətlərimizin həyatın bütün sahələrində yüksək səviyyədə olduğuna diqqət çəkib. Bildirilib ki, dövlət başçılarımız arasındakı səmimi münasibət iqtisadi əlaqələrimizə də öz müsbət təsirini göstərir. Bu gün Türkiyədə Avropa ilə Asiyanı birləşdirəcək infrastruktur layihələrinin reallaşması üçün gərəkli addımlar atılır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi ölkələrimizin regionda nüfuzunu daha da artırıb. Gələcəkdə TANAP və TAP kimi qaz layihələrinin reallaşması isə xalqlarımızın rifahına xidmət edəcək. Sözsüz ki, əldə etdiyimiz nailiyyətlər bədxahlarımızı narahat edir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Türkiyə ümumi məqsədlərə doğru inamla addımlayır.
İsmayıl Qəhrəman Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək, problemin tezliklə öz həllini tapacağına inamını ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

