"Büdcə sistemi haqqında" Qanuna əlavə və dəyişikliklər ediləcək
11.06.2009 [11:17]
Azərbaycan hökuməti yeni büdcə siyasəti həyata keçirməyə başlayıb. Bununla əlaqədar olaraq “Büdcə sistemi haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin dünən keçirilən iclasında komitənin sədri Ziyad Səmədzadə məlumat verdi. Onun sözlərinə görə, hazırda qüvvədə olan “Büdcə sistemi haqqında” Qanun vaxtilə beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə hazırlanıb. Həmin vaxt qanunun hazırlanmasına yüksək səviyyəli mütəxəssislərin cəlb olunması mümkün olmayıb. Bu baxımdan qanunda bir sıra boşluqlar var. Parlamentə daxil olan yeni layihə də məhz bu boşluqların aradan qaldırılmasını nəzərdə tutur.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, qanuna təklif edilən dəyişikliklər həm də ölkə iqtisadiyyatının sürətli inkişafı ilə bağlıdır. Dəyişikliklər büdcənin tərtibi, büdcəyə yenidən baxılması, onun təsdiqi, icrası və icrasına nəzarət tədbirlərini təkmilləşdirməyi nəzərdə tutur. Məsələn, hazırda qüvvədə olan qanunda parlament tərəfindən təsdiqlənmiş büdcəyə hansı hallarda il ərzində yenidən baxıla biləcəyi əksini tapmayıb. Qanun layihəsində isə nəzərdə tutulur ki, büdcə layihəsinə il ərzində büdcə proqnozlarından 20 faiz kənaraçıxma müşahidə olunduqda baxılmalıdır. Nazir bildirdi ki, Azərbaycan büdcəsinə vəsaitlər təkcə manatla daxil olmur. Hasilatın pay bölgüsü sazişləri qanun kimi təsdiqləndiyindən bu sazişlərdən əldə olunan gəlirlər büdcəyə valyuta ilə daxil olur. Manatla valyutanın məzənnə fərqi ilə əlaqədar daxil olmuş vəsaitlərin hesablanmasında müəyyən problemlər müşahidə olunur. Mövcud qanun bu məsələnin hansı yolla həllini nəzərdə tutmur. Təklif olunan layihədə isə məzənnə fərqinin hansı qaydada hesablanacağı dəqiqləşdirilir. Qanunda büdcə formalaşdırılarkən müvafiq icra orqanlarının hansı səlahiyyətlərə sahib olması da ətraflı şəkildə göstərilir.
Müzakirələrdə çıxış edən millət vəkili Əli
Məsimli təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdi. Onun sözlərinə görə, qanuna edilən dəyişikliklər büdcənin tərtibini, lazım gələrsə dəyişdirilməsini və icrasını asanlaşdıracaq. Millət vəkili qeyd etdi ki, büdcə qanunvericiliyində dövlət borclarının nəzarətdə saxlanılması ilə bağlı müddəaların öz əksini tapması da yaxşı olardı. Onun sözlərinə görə, hazırda Azərbaycanın xarici borcu ümumi Daxili Məhsulun (üDM) təxminən 6 faizi həcmindədir. Bu da təhlükəli hədd deyil. Bununla belə, dövlət zəmanəti ilə alınan bəzi kreditlərin qaytarılmasında problemlər var.
Millət vəkilinin sualını cavablandıran S.Şərifov dedi ki, Azərbaycanda xarici borcların idarə olunması hökumətin nəzarəti altındadır. 2009-cu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcları 5,7 milyard manatdır. Buraya həm dövlətin aldığı borclar, həm də dövlət zəmanəti ilə alınan borclar daxildir. Hökumət borcların qaytarılmasını da nəzarət altında saxlayır. Alınmış bütün borclar qrafikə uyğun qaytarılır. Dövlət borclarının qaytarılmasında hər hansı bir problemin yaşanmaması üçün təminat fondu da yaradılıb.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisə tövsiyə olundu.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

