/ / Hikmət Babaoğlu: Tarix və mədəniyyət abidələrinin qorunması nə qədər vacibdirsə, onların düzgün tanıdılması da bir o qədər vacibdir
Hikmət Babaoğlu: Tarix və mədəniyyət abidələrinin qorunması nə qədər vacibdirsə, onların düzgün tanıdılması da bir o qədər vacibdir
31.12.2016 [11:21]
“Tarix və mədəniyyət abidələrinin qorunması nə qədər vacibdirsə, onların düzgün tanıdılması da bir o qədər vacibdir. Hər il ölkəmizə çoxsaylı xarici turistlər gəlir və onlara tarixi abidələrimizi doğru tanıtmaq önəmlidir. Bu həm də daxili auditoriya üçün vacibdir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin dünən keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, İslamaqədərki tarixi abidələrimiz üzərində olan tanıtım lövhələri bəzi hallarda tarixi reallığı əks etdirmir. “Biz bilirik ki, IV əsrdə xristianlıq Azərbaycanda rəsmi dövlət dini kimi qəbul edilib. O vaxtlar tikilən monastırlar, kilsələr bizim əcdadlarımızın yaratdıqları mədəniyyətdir, xristian keçmişimizin mədəniyyətidir. Təəssüf ki, bu mədəniyyət abidələri sanki başqa xalqa aid mədəniyyət abidələri kimi tanıdılır. Onların üzərində lövhələr yazılarkən adlar təhrif edilir, ən yaxşı halda isə “Albaniya” yazılır ki, fikrimcə, bu da doğru deyil. Əslində, bu “Albaniya” da deyil, “Ağvaniya”dır. “Albaniya” adı XVIII əsrdən sonra rus tarixşünaslığının Azərbaycan tarixinə sırıdığı bir addır. Hesab edirəm ki, burda da düzəliş aparmaq lazımdır. Digər tərəfdən, bu abidələrin məhz bizim əcdadlarımızın yaratdığı mədəniyyət nümunələri kimi təqdim olunmasına ehtiyac var. Düşünürəm ki, bu çox vacibdir”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, tarixin müxtəlif mərhələlərində burda iudaizm də, xristianlıq da, İslam da rəsmi dövlət dini səviyyəsində mövcud olub.
“Biz hər bir mərhələdə yaratdığımız tarixə sahib çıxmalıyıq və onu olduğu kimi təqdim etməyi, tanıtmağı bacarmalıyıq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38

