Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci vitse-prezident Mehriban Əliyeva Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb

17.03.2017 [10:20]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Respublikasının birinci xanımı Maya İvanova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, birinci xanım Maya İvanovanı Bakıda görməkdən məmnun olduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva V Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin aktuallığını qeyd edib.
Makedoniya Respublikasının Birinci xanımı Maya İvanova Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib, onun gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Makedoniya Respublikasında uşaqların və qadınların sosial problemlərinin həlli ilə bağlı Mərkəzin fəaliyyətindən danışan Maya İvanova Azərbaycanın Birinci vitse-prezidentinin bu sahədəki təcrübəsini qeyd edib, əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Birinci xanım Maya İvanova Mehriban Əliyevanı Makedoniyaya səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını bildirib.
Görüşdə səhiyyə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30