Xalq Yeni Azərbaycan Partiyasına inanır və etimad göstərir
30.06.2009 [09:56]
Hesabat məruzəsi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və son 16 ildə ölkənin siyasi, iqtisadi, mədəni və sosial uğurlarının ideoloji əsaslarını müəyyən edən Yeni Azərbaycan Partiyasının bugünkü uğurlarını xalqın dövlətimizin başçısına olan və getdikcə daha da möhkəmlənən inamı ilə əlaqələndirib. M.İbrahimqızı deyib ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, özünün yüksək təşkilatçılıq və rəhbərlik keyfiyyətləri ilə son illər ölkəmizi dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətləri sırasına çıxarmış Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin tərəqqiyə xidmət edən hər bir addımı həm dövlətimizin başçısının, həm də Onun rəhbərlik etdiyi partiyanın nüfuzunun gündən-günə artmasına səbəb olur. Hazırda YAP üzvlərinin sayının 500 min nəfərə çatması xalqın dövlətimizin başçısına və Onun rəhbəri olduğu partiyaya inam və etimadının əyani təzahürüdür deyən M.İbrahimqızı partiyanın uğurlarında Nəsimi rayon təşkilatının özünəməxsus payı olduğunu söyləyib.
Qeyd edilib ki, hazırda 21 min 362 nəfər üzvü olan rayon təşkilatının sıralarına son vaxtlar axın daha da sürətlənib. 2008-ci ildə Nəsimi rayonunda partiyaya 1308 nəfər üzv qəbul edilib. Bu müddətdə rayon ərazisində YAP-ın 11 yeni ərazi ilk təşkilatı fəaliyyətə başlayıb. Bu inkişaf tendensiyası 2009-cu ilin ilk yarısında da davam edib. İlin ilk 6 ayında partiya sıralarına 401 nəfər daxil olub.
İclasda ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində və bu ilin martında baş tutmuş referendumda rayon təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, bu mühüm siyasi kampaniyalar ərəfəsində rayon təşkilatının nəzdində fəaliyyət göstərən seçki qərargahının, həmçinin, yaradılmış təbliğat qruplarının gərgin əməyi sayəsində həm 2008-ci ilin 15 oktyabr prezident seçkiləri, həm də 2009-cu ilin 18 mart referendumu Nəsimi rayonunda yüksək səviyyədə keçib, seçicilər Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini yekdilliklə müdafiə etdiklərini öz səsləri ilə təsdiq ediblər.
Məruzəçi və çıxış edən partiya fəalları - rayon təşkilatı sədrinin müavini Şakir Musayev, Bakı tikiş evi ilk partiya təşkilatının sədri Zahidə Nəcəfova, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva və başqaları cari ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələlərindən də geniş bəhs edib, bu mühüm siyası kampaniya ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

