Abşeronlular bələdiyyə seçkilərində yüksək fəallıq göstərəcəklər
01.07.2009 [11:40]
Dünən qarşıdan gələn bələdiyyə seçkilərilə bağlı YAP Abşeron rayon təşkilatının müşavirəsi olub. Müşavirədə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev 15 oktyabr prezident seçkiləri və 2009-cu il 18 mart referendumunun nəticələri ilə bağlı hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Son illərdə keçirilmiş parlament və prezident seçkilərində, həmçinin, 2009-cu il 18 mart referendumunda əldə olunmuş nəticələr bir daha göstərdi ki, YAP kifayət qədər güclüdür. Bu gün isə cəmiyyətimiz bələdiyyə seçkilərinə hazırlaşır. Abşeron rayonu əvvəlki siyasi kampaniyalarda olduğu kimi, bu seçkilərdə də aktiv iştirak edəcək. YAP Abşeron rayon təşkilatı da üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq”.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov deyib ki, Abşeron rayonu 15 oktyabr prezident seçkilərində və 2009-cu il 18 mart referendumunda fəallıq göstərərək yüksək nəticələr əldə edib: “Rayonda aparılan abadlıq-quruculuq işləri insanlar arasında böyük ruh yüksəkliyi yaradıb. Əlbəttə ki, bütün bunlar cənab İlham Əliyevin yürütdüyü uğurlu sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir”.
Qarşıdan gələn bələdiyyə seçkilərinə toxunan natiq söyləyib ki, budəfəki seçki kampaniyasında da xüsusi fəallıq göstərilməlidir: “Bələdiyyə seçkilərinə də eyni məsuliyyətlə getməliyik. Əvvəlki seçki kampaniyalarında əldə etdiyimiz uğurları yenidən təkrarlamalıyıq”.
Fikirlərini tədbir iştirakçıları ilə bölüşən millət vəkili İmamverdi İsmayılov deyib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyalarından qidalanaraq irəli gedir: “Azərbaycan demokratikləşmə yolunda böyük inkişaf yolu keçib. Formalaşan vətəndaş cəmiyyətinin bir elementi olan bələdiyyələrin də rolu getdikcə artır. Bu baxımdan bələdiyyə seçkiləri bizim üçün vacibdir. Ona görə də, insanlarımız bu seçki kampaniyasında da fəal və məsuliyyətli olmalı, düşünülmüş seçim etməlidirlər”.
Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov isə bələdiyyələrin əsas fəaliyyət funksiyalarından danışıb.
Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov də bələdiyyələri son 10 ildə yaranmış yeni idarəetmə strukturu kimi xarakterizə edərək müstəqil özünüidarə orqanlarının fəaliyyət istiqamətlərindən bəhs edib.
Məhəmmədli bələdiyyəsinin sədri Vaqif Nəbiyev isə görülmüş işlərdən və qarşıda duran əsas vəzifələrdən söhbət açıb.
çıxış edən məktəb direktoru Təyyubə Hüseynovanın sözlərinə görə, cəmiyyətdə təhsil işçilərinin rolu böyükdür: “Bu, özünü bütün sahələrdə büruzə verir. Təhsil işçiləri, həmçinin, seçki kampaniyalarında da aktiv iştirak edirlər. Prezident seçkilərində və referendumda təhsil işçilərinin bir daha gördükləri işlərlə etimadı doğrultdular. Bir sözlə, Abşeron rayon təhsil işçiləri bələdiyyə seçkilərində də fəal iştirak edəcək, bu siyasi kampaniyaya da özlərinə məxsus töhfələrini verəcəklər”.
Tədbirdə YAP-a üzv olmuş bir qrup şəxsə vəsiqələr təqdim olunub.
Tədbirə yekun vuran YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bir daha vurğulayıb ki, rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlaşır. O, rayonda yüksək nəticələrin əldə olunacağına inandığını söyləyib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29

