Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Prezidentlərin bəyanatları Dağlıq Qarabağ probleminin həllinə inamı artırır

Əli Əhmədov: Prezidentlərin bəyanatları Dağlıq Qarabağ probleminin həllinə inamı artırır

01.07.2009 [11:42]

“Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar optimist bəyanatlar səsləndirildi. Xüsusilə, Rusiya prezidentinin Dağlıq Qarabağ probleminin çox yaxın zamanlarda öz həllini tapa biləcəyi haqqında fikirləri danışıqlar prosesinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”. Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
Onun sözlərinə görə, Minsk qrupunun həmsədri olan Rusiyanın prezidentinin bu bəyanatı ciddi məqamlardan xəbər verir. “ümid edirik ki, Dağlıq Qarabağ problemi yaxın zamanlarda ədalət pinsipi və beynəlxalq hüquq normaları əsasında həllini tapacaq. Bu bəyanatlar Azərbaycan cəmiyyətində münaqişənin həllinə inamı artırır” deyə Əli Əhmədov vurğulayıb.

Paylaş:
Baxılıb: 1066 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31