Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ səfirliyinin təsis etdiyi Hafiz Paşayev adına mükafat təqdim olunub

ABŞ səfirliyinin təsis etdiyi Hafiz Paşayev adına mükafat təqdim olunub

02.07.2009 [14:29]

ABŞ səfirliyi tərəfindən təsis edilən Hafiz Paşayev adına mükafat “Azərbaycan İnternational” jurnalının yaradıcıları Betti Bleyer və Piruz Xanlıya təqdim olunub. APA-nın məlumatına görə, mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, ABŞ səfirliyi tərəfindən təsis olunan mükafata ilk dəfə Hafiz Paşayevin özü layiq görülüb. Səfir deyib ki, bu mükafat ABŞ - Azərbaycan əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə təqdim olunur.
Azərbaycanın ABŞ-da ilk səfiri olan Hafiz Paşayev “Azərbaycan İnternational” jurnalının yaranma tarixindən danışıb. H.Paşayev deyib ki, vaxtilə “Molla Nəsrəddin” jurnalı Azərbaycanı tanıtdığı kimi “Azərbaycan İnternational” da Azərbaycanı Amerikaya tanıdıb. Onun sözlərinə görə, bu jurnal Azərbaycan həqiqətlərini yaymaqda böyük rol oynayır.
Daha sonra tədbirdə mükafata layiq görülən B.Bleyer və P.Xanlı çıxış ediblər.


Paylaş:
Baxılıb: 1094 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31