Fransa Azərbaycanın yaxın tərəfdaşlarından biridir
03.07.2009 [10:24]
Prezident İlham Əliyev Fransa Respublikasının MDB ölkələrində akkreditə olunan səfirləri ilə keçirilən görüşdə bəyan edib ki, Fransa respublikamızın yaxın tərəfdaşlarından biridir və ölkələrimiz arasındakı əlaqələr uğurla inkişaf edir. Dövlət başçısı əmin olduğunu bildirib ki, Avropa İttifaqının ən qabaqcıl ölkələrindən olan Fransa ilə Azərbaycanın strateji münasibətləri yeni mərhələyə qədəm qoyacaq.
Xatırladaq ki, Azərbaycanla Fransa arasında siyasi-iqtisadi, mədəni-humanitar və digər sahələrdə münasibətlər müstəqillikdən sonrakı dövrdə möhkəmlənsə də əlaqələrin tarixi uzaq keçmişə təsadüf edir. Hələ XVIII-XIX əsrlərdə və ötən əsrin əvvəllərində fransızların ölkəmizə səfərləri, mədənçıxarma və sənaye bölmələrində iş birliyinin yaradılması, eləcə də diplomatik münasibətlərin qurulması hər iki dövlətin yaxın təmaslarından xəbər verir. Azərbaycan-Fransa münasibətləri respublikamızın müstəqillik əldə etməsindən sonra tamamilə yeni mərhələyə keçid alıb və əlaqələrin dinamizminə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfəri zamanı prezident Jak Jirakla apardığı səmərəli danışıqlar təkan verib, Fransa Azərbaycan üçün mühüm tərəfdaşa çevrilib.
ötən illər ərzində hər iki ölkə əməkdaşlığın bir çox sahələr üzrə möhkəmlənməsinə zəmin yaradan əhəmiyyətli addımlar atıblar. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra ilk rəsmi səfərini Fransaya etməsi isə dövlətlərarası əlaqələrin inkişafına stimul verməklə yanaşı, əməkdaşlıq üçün yeni sahələrə üfüqlər açıb. İki il əvvəl Prezident İlham Əliyevin Fransaya növbəti səfəri həmkarı Nikola Sarkozi ilə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafına töhfə verməklə yanaşı, fransız iş adamlarının respublikamıza marağının güclənməsinə səbəb olub.
İqtisadi cəhətdən yüksək inkişaf yolu keçən, dünya iqtisadiyyatında ABŞ, Yaponiya, Almaniya və Böyük Britaniyadan sonra 5-ci yeri tutan Fransa sənaye, kənd təsərrüfatı, ən modern informasiya və kommunikasiya texnologiyaları, maşınqayırma, qaz hasilatı və digər sahələr üzrə xüsusilə fərqlənir. Fransanın kənd təsərrüfatı iqtisadiyyatın inkişafını səciyyələndirən başlıca sahədir. Fransa hazırda Avropada kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına görə ilk yerlərdən birini tutur. Avropa və Afrikanın əksər dövlətləri məhz bu ölkənin kənd təsərrüfatı mallarını idxal etməklə öz ərzaq ehtiyatlarını formalaşdırır. Buna görə də bu ölkə ilə əməkdaşlığın geniş xarakter alması Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanla iqtisadi sahədə normal əlaqələr yaradan Fransanın respublikamızda fəaliyyətini kifayət qədər geniş hesab etmək olar. Respublikamızda iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir. Onların sırasında “Total”, “Alcatel”, “Societe Generale”, “BNP Paribas” və digər nəhəng şirkətlərin fəaliyyəti daha böyük miqyası əhatə edir. Azərbaycanla uzun illərdir ki, uğurlu əməkdaşlıq münasibətlərini davam etdirən “Total” (“TotalFinaElf”) şirkəti imzalanmış neft kontraktlarının 3-ündə pay sahibidir və şirkət Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrində səhmdarlar qrupunda yer alıb. “Total” “Şahdəniz” layihəsində də böyük paya malikdir. 10 faizlik paya sahib olan səhmdar bununla kifayətlənməyərək yeni karbohidrogen yataqlarının geoloji kəşfiyyatı və hasilatı ilə bağlı işləri davam etdirir.
Fransız şirkətlərinin respublikamızda fəaliyyəti neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əhatəli şəkildə təmin olunub. Hər iki ölkə nəqliyyat bölməsində birgə layihələr həyata keçirməkdədir, Fransanın “Air France” şirkəti bir neçə aviareysi həyata keçirir. Bundan başqa, Azərbaycanla “Eurocopter” şirkəti arasında imzalanan sazişə əsasən bu şirkətdən 6 ədəd ən son modern vertolyotun alınması nəzərdə tutulur. Azərbaycanın hava nəqliyyatında uçuşların intensivliyini artırmaq və təyyarə parkını yeniləşdirmək məqsədilə bu ölkənin “AİRBUS” şirkətindən 4 təyyarənin alınması barədə müqavilə də imzalanıb.
ümumilikdə, Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinin inkişafında ölkələr arasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd oluna bilər. 1997-ci ildə yaradılan komissiyanın indiyədək keçirilmiş 3 iclası iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın əlaqələndirilməsinə, təşviqinə və yeni sahələr üzrə əməkdaşlığa baza yaradıb. ölkələr arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi xarici ticarət dövriyyəsinə təsir göstərib və son illər ərzində dövlətlər arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb və ötən il mal mübadiləsinin həcmi 700 milyon dollara çatıb.
İqtisadi əlaqələrin inkişafında Fransanın ən nəhəng təşkilatı- Fransa Sahibkarlar Birliyinin (MEDEF) apardığı siyasət böyük təsir göstərib. Hazırda sərmayə axınlarının artmasında MEDEF regionda ən iri layihələrin həyata keçirilməsində lokomotiv rolunu oynayır. MEDEF Gəncə Avtomobil Zavodunda Fransanın “Renault” yük avtomobillərinin yığılması ilə bağlı layihəni də gerçəkləşdirmək niyyətindədir. Azərbaycan Hökumətinə müraciət edən “Renault” şirkəti ilə danışıqlar davam edir. “SITROEN” şirkəti də respublikamızda avtomobil müəssisələrinin yaradılmasında maraqlıdır. Yeri gəlmişkən, təkcə Fransada deyil, həm də Avropada zirehli maşınların istehsalına görə fərqlənən “PARNARD DEFENSE” şirkəti ölkəmizdə hərbi sənaye kompleksi üçün texnikaların hazırlanmasını təklif edir, çox güman ki, respublikamız gələcəkdə həmin sahədə də layihələrin icrasına başlayacaq. MEDEF Azərbaycanda kənd təsərrüfatına da sərmayə yatırmaq üçün səylərini artırmaq niyyətindədir. Hazırda Azərbaycandakı şərab müəssisələrinin yenidən qurulması, eləcə də üzüm plantasiyalarının salınması ilə əlaqədar hökumət üzvləri ilə müzakirələr aparılmaqdadır. Eləcə də süd emalı müəssisələrinin yenidən qurulmasını nəzərdə tutan layihələr fransız sərmayəçilərinin maraq dairəsinə daxildir.
Fransanın ən nəhəng maliyyə institutu olan “BNP Paribas” isə Dövlət Neft Şirkəti ilə 750 milyon dollar məbləğində kredit sazişi imzalayıb. “BNV Paribas” bankı bu gün istər neft, istərsə də nəqliyyat-infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirak edən ən fəal qurumdur. Fransanın digər maliyyə institutu olan “Societe Generale” bankı da Azərbaycanda investisiya imkanlarını genişləndirmək niyyətindədir. Bank neft sektoru ilə bərabər enerji, maliyyə və qeyri-neft sektoruna kredit qoyuluşunu artırmaq qərarın gəlib. “Societe Generale” Dövlət Neft Şirkətinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindəki payını da maliyyələşdirib. Bank bu məqsədlə 65 milyon dollar kredit ayırıb. Bundan əlavə, Sumqayıtdakı buxar-qaz qurğusunun tikintisinə 30 milyon dollardan çox vəsait yönəldilib. Hazırda fransız bankının maliyyələşdirmək istədiyi iki layihə özəl sektorda istehsal və xidmət sahələrini əhatə edir.
Fransa həmişə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ərazilərin güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyünü bəyan edib. Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.
Fransa prezidenti Nikola Sarkozinin ölkəmizə nəzərdə tutulan səfəri ölkələr arasında əlaqələrin inkişaf dinamikasının daha da sürətlənməsinə imkan yaratmış olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33

