/ / Elman Nəsirov: Ermənipərəst qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər
Elman Nəsirov: Ermənipərəst qüvvələr Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyirlər
03.06.2017 [10:23]
“Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərir”. Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, son günlər yenidən bir sıra beynəlxalq QHT-nin dilindən bir nəfərin adı düşmür: “Bu, özünü jurnalist kimi təqdim edən Əfqan Muxtarlıdır. Əslində nəyin baş verdiyi Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Həmin müəyyən anti-Azərbaycan mövqeli, anti-Azərbaycan yolu seçmiş beynəlxalq QHT-lər indi onlarla əməkdaşlıq edən, anti-Azərbaycan planlarının həyata keçirilməsində bir alət kimi çıxış edən Əfqan Muxtarlıdan istifadə etməyə başlayıblar. Əfqan Muxtarlı heç jurnalist kimi də Azərbaycan cəmiyyətində tanınmayıb, daha çox Xədicə İsmayılovanın şəxsi mühafizəçisi kimi təqdim olunub. Həmin qüvvələr bu gün mühafizəçi-jurnalisti qəhrəman etmək istəyirlər”.
Millət vəkilinin sözlərinə görə, Əfqan Muxtarlı və onun kimilər Gürcüstanda müxtəlif yollarla sığınacaq tapıb, bu ölkədə Azərbaycan əleyhinə şəbəkə formalaşdırılıb: “Həmin şəbəkəyə də Əfqan Muxtarlı kimi antimilli ünsürlər cəlb edilib və Azərbaycana qarşı Gürcüstandan təzyiq göstərməyə çalışırlar. Məqsəd odur ki, ilk növbədə Azərbaycanın beynəlxalq imicinə zərbə vurulsun, nüfuzu ləkələnsin. İkincisi, bunu Gürcüstandan həyata keçirməklə Azərbaycanın strateji tərəfdaşı olan bu ölkə ilə münasibətlərimizə xələl gətirmək, korlamaq istəyirlər. Bu baxımdan Gürcüstanın seçilməsi təsadüfi deyil. Halbuki, Azərbaycanla Gürcüstan bir çox fundamental məsələdə ortaq mövqeyə malikdir, strateji tərəfdaşlığa malik dövlətlərdir. Xüsusən enerji, nəqliyyat və digər sferalarda iki ölkənin çox sıx münasibətləri var. Xalqlarımız və dövlətlərimiz dostdur, bizi ümumi tarix birləşdirir. Həm xaricdə olan anti-Azərbaycan qüvvələr, həm Ermənistan və dünyadakı və Gürcüstandakı erməni lobbisi cidd-cəhdlə çalışırlar ki, hər oyundan çıxsınlar, Gürcüstanla Azərbaycan münasibətlərinə ziyan vursunlar, bu münasibətlərə kölgə salsınlar. Bu niyyətlərini də jurnalist-mühafizəçi Əfqan Muxtarlı kimi antimilli ünsürlərdən istifadə etməklə reallaşdırmaq istəyirlər. Təbii ki, onların qeyri-qanuni və Azərbaycan əleyhinə fəaliyyəti Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq-mühafizə orqanlarının diqqətindən yayına bilməzdi. Azərbaycan və Gürcüstan hakimiyyətləri, hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində həmin anti-Azərbaycan şəbəkəsi, onu dəstəkləyən dairələr, maliyyə təminatı və digər bu kimi məsələlər ifşa edilib, bu təxribatçı fəaliyyətin qarşısının alınması üçün konkret tədbirlər həyata keçirilir. Əfqan Muxtarlı və onunla birgə fəaliyyət göstərən şəxslərin çox geniş bir şəbəkəsinin olduğu üzə çıxıb”.
E.Nəsirov qeyd edib ki, jurnalist-mühafizəçi Ə.Muxtarlının saxlanılmasından sonra ermənipərəst qüvvələr, Ermənistan mediası və erməni lobbisinin təsir dairəsində olan xarici KİV və təşkilatlar Əfqan Muxtarlını cidd-cəhdlə müdafiə etməyə, Azərbaycanın nüfuzunu ləkələməyə, habelə Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar: “Bu, bizi təəccübləndirmir. Çünki Əfqan Muxtarlı və digərləri həmin qüvvələr üçün heç bir dəyərə malik deyillər. Anti-Azərbaycan qüvvələr üçün Əfqan Muxtarlı kimilərin o zaman dəyəri olur ki, onlar öz millətinə, dövlətinə qarşı xəyanət yolu seçsinlər, təxribatla məşğul olsunlar, xalqına qarşı düşmən kimi çıxış etsinlər. Belə olan halda Əfqan Muxtarlı anti-Azərbaycan qüvvələr üçün mahiyyət kəsb edir. Anti-Azərbaycan qüvvələr bu insanlardan bir əlcək kimi istifadə edir, məqsədlərinə çatandan sonra isə kənara atırlar. Bu cəhdlərin heç bir mənası yoxdur. Əfqan Muxtarlının Azərbaycana qarşı hər zaman düşmən mövqedən çıxış edən “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlara əməkdaşlıq etməsi bizə bəllidir. Onlar hər zaman beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qarayaxma kampaniyası ilə məşğul olublar. Bütün bunları həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti bilir. Lakin bu gün həm Gürcüstan hakimiyyəti, həm də bu ölkənin vətəndaşları bütün bunların Azərbaycana qarşı növbəti təxribat oyunu olduğunu görür və təxribata uymurlar. Fərqindədirlər ki, bu insanlar satılmış, mənəviyyatlarını itirmiş insanlardır, əqidələri yoxdur, pul üçün satqınlığa, hər şeyə hazırdırlar. Ona görə bu insanların cəmiyyətdən təcrid olunması, hüquq müstəvisində cəzalandırılması həm Azərbaycan, həm də Gürcüstan xalqının istəyidir. Nə qədər ki, belə insanlar anti-Azərbaycan və anti-Gürcüstan qüvvələrin əlində alət olacaqlar, onları yalnız belə aqibət gözləyəcək. Anti-Azərbaycan qüvvələrin Gürcüstan vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək və siyasi proseslərə təsir göstərmək cəhdi iflasa uğrayıb”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16

