Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Çıxış yolu müharibə olacaq

Siyavuş Novruzov: Çıxış yolu müharibə olacaq

22.06.2017 [09:43]

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərməsi ilk hal deyil. Bir neçə ildir cəbhədə gərginlik davam edir. Aprel döyüşlərindən sonra isə bu hal mütəmadi yaşanır. Ermənilər hər vəchlə çalışırlar ki, təxribata əl atsınlar.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov son günlər cəbhədə yaşanan gərginliyi şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan aprel döyüşlərinin məğlubiyyətini unuda bilmədiyi üçün mütəmadi olaraq atəşkəsi pozur, dinc əhaliyə atəş açır: “Yay təsərrüfat vaxtıdır, təsərrüfatda çalışan insanları qorxutmaq üçün müxtəlif təxribata əl atır, müxtəlif diversiya qrupları göndərməyə çalışırlar. Bunların heç birinin əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ordusu həm kifayət qədər güclü texniki, həm də döyüş qabiliyyətinə malikdir və belə təxribatların qarşısını dərhal alır”.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərinə toxunan millət vəkili onların gəlişini növbəti səfər kimi qiymətləndirir: “Artıq ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntim yoxdur. Dünyada heç vaxt həmsədrlər və ya problemlərin həlli üzrə məşğul olan vasitəçilər məsələni ədalətli həll etmirlər. Ədalətli həll tərəflər arasında olmalıdır, tərəflər özü məsələni həll etməlidir. Ermənistan, təbii ki, buna getməyəcək. Onda çıxış yolu müharibə olacaq”.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31