Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var
30.06.2017 [10:08]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Koreya Respublikasında rəsmi səfərdədir.
Nümayəndə heyətinin iyunun 26-da Koreya Milli Assambleyasının sədri Çanq Sye Kyun ilə görüşü olub.
Əvvəlcə Oqtay Əsədov Koreya Milli Assambleyasının xatirə kitabına ürək sözlərini yazıb.
Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Çanq Sye Kyun 11 il əvvəl Azərbaycanda səfərdə olduğunu xatırladıb, ölkəmiz haqqında xoş təəssürata malik olduğunu deyib. Bu cür səfərlərin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan Milli Assambleyanın sədri əmin olduğunu bildirib ki, Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin hazırkı səfəri də ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.
Koreya Milli Assambleyasının sədri parlamentlərarası əlaqələrə toxunub, qarşılıqlı səfərlərin, o cümlədən dostluq qruplarının fəaliyyətinin iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyini bildirib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən Çanq Sye Kyun hər iki tərəfin bu imkanlardan istifadə edərək münasibətlərin dərinləşməsinə çalışacağına əminliyini ifadə edib. O, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin, habelə Azərbaycanda Koreya şirkətlərinin fəaliyyətinin Koreya-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişafına müsbət təsir göstərdiyini deyib. İqtisadi əlaqələr o zaman uzun ömürlü olur ki, bu əlaqələr hər iki dövlətin iqtisadi maraqlarına uyğun olsun.
Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və dəvətə görə təşəkkür edən Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikasına 2007-ci ildə rəsmi səfərini xoş hisslərlə xatırladıb. Dost ölkələr olan Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Oqtay Əsədov qarşılıqlı yüksək səviyyədə səfərlərin, xüsusən dövlət başçılarının səfərlərinin münasibətlərimizin inkişafındakı böyük rolunu vurğulayıb.
İndiyədək iki ölkə arasında müxtəlif sahələrə dair 60-a yaxın sənədin imzalandığını xatırladan Milli Məclisin sədri bu sənədlərin münasibətlərimizin möhkəm hüquqi təməli olduğunu deyib.
O.Əsədov iki ölkənin parlamentləri arasında mövcud olan yüksək səviyyədəki əlaqələrin sevindirici hal olduğunu, qarşılıqlı səfərlərin, habelə sıx və faydalı əməkdaşlıq üçün körpü rolunu oynayan dostluq qruplarının fəaliyyətinin münasibətlərimizi daha da dərinləşdirdiyini bildirib.
Azərbaycan ilə Koreya arasında iqtisadi sahədə əlaqələrə toxunan Milli Məclisin sədri iki ölkənin iqtisadi potensialının qarşılıqlı ticarət dövriyyəsinin həcmini daha da artırmağa imkan yaratdığını deyib. Əlverişli sərmayə və biznes imkanlarına malik Azərbaycanda Koreya şirkətlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdıran O.Əsədov iqtisadi əlaqələrin dərinləşməsində birgə iqtisadi komissiyanın fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib. O, nəhəng iqtisadi potensialına və ərazisindən keçən nəqliyyat marşrutlarına görə Azərbaycanın təkcə region üçün deyil, eyni zamanda, bütövlükdə Avropa üçün böyük əhəmiyyətə malik olduğunu deyib.
Milli Məclisin sədri iki ölkə arasında humanitar sahədə də əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, qarşılıqlı mədəniyyət günlərinin təşkilinin, tələbə mübadiləsinin vacib rolunu vurğulayıb.
O.Əsədov Azərbaycanın Koreya ilə əməkdaşlığı beynəlxalq qurumlarda da inkişaf etdirmək əzmində olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

