Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Azərbaycan var olduqca, Heydər Əliyevin adı da onunla bir yerdə çəkiləcək

Əli Əhmədov: Azərbaycan var olduqca, Heydər Əliyevin adı da onunla bir yerdə çəkiləcək

15.07.2009 [10:09]

“Heydər Əliyev barədə xatirələrini bölüşməyə çoxlarının mənəvi haqqı vardır. Bu xatirələr Azərbaycanın şərəfli tarixini yaratmış Ulu öndərlə çiyin-çiyinə işləmiş insanların həyatının bir parçasıdır. Biz tariximizə də, bu tariximizi yaradan dahi şəxsiyyət Heydər Əliyevə də böyük hörmətimizi ifadə etməklə yanaşı, eyni zamanda, ümummilli liderin ideyalarının reallaşdırılması yolunda fədakarlıq göstərmiş insanlara da hörmət və ehtiramımızı bildiririk. Azərbaycan var olduqca, Heydər Əliyevin adı da onunla bir yerdə çəkiləcək, nə qədər ki, Azərbaycan xalqı Heydər Əliyev yoluna sadiqdir, Azərbaycan da yüksələcək, ucalacaq və dünyanın ən zəngin, qüdrətli və firavan ölkəsi, Heydər Əliyevin şah əsəri kimi özünü daim təsdiqləyəcəkdir. Biz həmişə Heydər Əliyevlə, bu dahi insanla fəxr etmişik”.
Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsinin 40 illiyinə həsr olunmuş mərasimdə səsləndirib. Əli Əhmədov bildirib ki, Azərbaycanın qürur mənbəyi Heydər Əliyevdir, onun qurub-yaratdığı müstəqil dövlətimizdir, bu dövləti tarixdə və bugünkü təcrübədə nümunəsi olmayan sürətlə inkişaf etdirən Azərbaycanın Prezidenti İlham Əliyevdir. Biz Heydər Əliyev siyasətinə sadiq qalaraq dövlətimizə, Vətənimizə və Prezidentimizə xidmət edirik. Güman edirəm ki, bu, Heydər Əliyevin xatirəsi önündə hər birimizin, bu salonda oturan hər kəsin, Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Heydər Əliyev yolu daim yaşayacaqdır!

Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31