Milli Məclisin bir qrup deputatı Alxanlı kəndində olub
14.07.2017 [10:12]
Bahar Muradova: İki yaşlı Zəhranın qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan-Azərbaycan münaqişəsinə və erməni vəhşiliyinə yönəltdi
Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və bir qrup deputat iyulun 13-də Füzuli rayonunun Alxanlı kəndinə səfər edib.
AZƏRTAC xəbər verir ki, deputatlar Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər - Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçiriblər.
Kənd sakinləri ilə görüş zamanı Milli Məclisin sədr müavini Bahar Muradova düşmənlə üz-üzə mərd-mərdanə dayandıqlarına, hüquqlarının qorunması üçün dünya ictimaiyyətinə müraciət etdiklərinə görə onlara minnətdarlığını bildirib. Qeyd edib ki, 2 yaşlı Zəhranın qətlə yetirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və erməni vəhşiliyinə yönəltdi.
“Müharibənin də qayda-qanunları var. Müharibədə dinc əhali heç zaman hədəf götürülməməlidir. Beynəlxalq hüquqa, Cenevrə konvensiyasına, insan hüquqları haqqında konvensiyanın və digər sənədlərin müddəalarına əməl edilməlidir. Təəssüf ki, biz heç bir qayda-qanuna, insani dəyərlərə məhəl qoymayan düşmənlə üz-üzəyik” - deyə B.Muradova vurğulayıb.
Milli Məclisin sədr müavini qeyd edib ki, ATƏT Parlament Assambleyasının Minskdə keçirilən 26-cı illik sessiyasında Ermənistanın dinc sakinləri qətlə yetirməsi 57 ölkədən olan 400-ə yaxın nümayəndənin diqqətinə çatdırılıb. Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin, insan haqları komitəsi sədrinin çıxışlarında, plenar sessiyada, komitə iclaslarında bu hadisə qəti şəkildə pislənilib, uşaq qatillərinin əməllərinə hüquqi qiymət verilməsi tələb olunub.
Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Kamran Nəbizadə və Elşad Həsənov kənd sakinlərinin kədərinə şərik çıxıb, göstərdikləri fədakarlıqlara görə təşəkkürlərini bildiriblər.
Kənd sakinləri Nazim Əliyev və Sevinc Həsənova hadisə baş verən andan Prezident İlham Əliyevin, Azərbaycan xalqının onlarla birgə olduqlarını deyiblər. Qeyd olunub ki, düşmənin məqsədi dinc sakinləri hədəfə almaqla əhali arasında qorxu, təşviş yaratmaqdır. Lakin düşmən bu niyyətinə nail ola bilmədi. Alxanlı sakinlərindən heç biri kəndi tərk etmək fikrinə düşmədi.
1993-cü ilin avqust ayında Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan Alxanlı kəndi 1994-cü ilin yanvarında Azərbaycan Ordusu tərəfindən azad olunub. Bu haqda danışan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, sakinlər həmin vaxtdan doğma kəndlərinə qayıdıblar. Rayonun digər cəbhəyanı kəndlərində olduğu kimi, bu istiqamətdə də atəşkəs rejimi tez-tez pozulur. Buna baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir. Doğma yurda və torpağa bağlı olan, Azərbaycan Ordusuna güvənən insanlar əkin-biçinlə məşğuldurlar.
Milli Məclisin deputatları Sahibə Allahverdiyevanın və Zəhra Quliyevanın məzarlarını ziyarət edib, yas mərasiminə qatılaraq mərhumların yaxınlarına başsağlığı veriblər.
Alxanlıdan Horadiz şəhərinə gələn Milli Məclisin deputatları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Daha sonra deputatlar Ermənistan silahlı bölmələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan və Horadiz şəhər xəstəxanasında müalicə olunan Səlminaz Quliyevaya baş çəkiblər.
Xəbər lenti
Hamısına baxİdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35

