Rusiya portalı Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasını kəskin tənqid edən məqalə yayıb
17.08.2017 [10:12]
Rusiyanın KM.RU portalında Daşnaksütyun partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə İrəvanda heykəl qoyulmasının kəskin tənqid edildiyi məqalə verilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Daniil Preobrajinski Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü xatırladaraq bu cür addımların anlaşılmaz və təzadlı olduğunu qeyd edib.
O yazır ki, iyulun 17-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri İkinci Dünya müharibəsi illərində şəhidlərin xatirəsinə hörmətsizliyin yolverilməzliyi haqqında bəyanatla çıxış ediblər. Bəyanatda vurğulanır ki, tarixin yenidən yazılması, İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması və təhrif edilməsi, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi cəhdləri istiqamətində atılan məqsədyönlü addımlar qətiyyən yolverilməzdir və qınanılır.
Məqalədə vurğulanır ki, qəbul edilən bəyanata baxmayaraq, hələ 2016-cı ildə İrəvanda Daşnaksütyun Partiyasının ən iyrənc xadimlərindən biri olan Qaregin Njdeyə abidə qoyulub. Bu azmış kimi, Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə abidənin təntənəli açılış mərasimi də keçirilib.
“Sarkisyanın “məclisin səbəbkarı”nın tərcümeyi-halı ilə tanış olmamasını təsəvvür etmək çətindir”, - yazan müəllif diqqətə çatdırır ki, hələ XX əsrin əvvəlində Njde Daşnaksütyun işi üzrə cinayətə cəlb olunub və bir neçə il həbsxanada saxlanılıb. Tarixi bilməyənlər üçün xüsusi qeyd edilir ki, Daşnaksütyun inqilabdan əvvəl terrorçu əməliyyatla məşğul olub. İkinci Dünya müharibəsi zamanı Njde nasistlərlə fəal əməkdaşlıq edib, Reyx naziri Rozenberqə müraciət edərək Ermənistanı Almaniyanın müstəmləkəsinə çevirməyi xahiş edib. Almaniyanın məğlubiyyətindən sonra Njde həbs olunub və ona 25 il azadlıqdan məhrum olunma cəzası verilib. 1955-ci ildə o, Vladimir həbsxanasında ölüb. İllər keçdi, SSRİ dağıldı və hazırkı vaxtda Ermənistan rəhbərliyi bu şəxsə paytaxtda abidə ucaltmağa qərar verdi. Njdenin nə Hitler hakimiyyətinin nümayəndələri ilə əməkdaşlığı, nə də ki Ermənistanın Reyxin müstəmləkəsinə çevrilməsi xahişi onun İrəvanda abidəsinin ucaldılmasına mane ola bilmədi. Bu, yeganə misal deyil. 2005-ci ildə Ermənistanın cənubunda Njdenin xatirəsinə memorial kompleks və park salınıb. Ziddiyyət göz qarşısındadır. Bir tərəfdən Ermənistan nasistlərin vasitəçisinə abidə ucaldır, digər tərəfdən isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi diplomatik səviyyədə belə hərəkətləri qınayır.
Müəllif qeyd edir ki, Ermənistan nasizmin, neonasizmin qəhrəmanlaşdırılması, irqçiliyin, ksenofobiyanın və onunla bağlı olan dözümsüzlüyün müasir formalarının eskalasiyasına təkan verən təcrübələrlə mübarizəyə dair BMT Baş Məclisinin qətnamələrinin həmmüəlliflərindən biridir.
“İrəvanda Njdeyə abidənin ucaldılmasını nə ilə izah etmək olar? Bu həmin qətnamənin pozulması deyilmi? Yaxud Ermənistan ikili siyasəti ilə nə demək istəyir? Suallar təbii ki, açıq qalır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

