İlham Əliyev: Mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın
20.09.2017 [10:52]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 43-cü cildi çapdan çıxıb
“Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirə bilmişdir. Xarici siyasətdə uğurlarımızı təmin edən nədir? Daxildə gedən iş. Əgər daxildə işlər yaxşı səviyyədə qurulmayıbsa, istənilən ölkənin xarici siyasəti uğurlu ola bilməz. Daxildə möhkəm təməl üzərində qurulan iqtisadiyyat, sosial rifah, inkişaf, sabitlik, xalqla iqtidar arasında birlik - budur bizim ölkə kimi beynəlxalq mövqelərimizi gücləndirən amillər. O ki qaldı daxili işlərə, mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın. Bütün məsələlər öz həllini tapsın. Sosial, iqtisadi, mədəni - bütün sahələrdə gözəl işlər görülsün. Biz bu gözəl işləri gözəlləşən şəhərlərimizin gözəlləşən simasında görürük”.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 43-cü cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2010-cu il noyabrın 1-də Saatlı rayonunun Yeni Novruzlu kəndində tikilmiş yaşayış evləri ilə tanış olarkən söyləyib.
AZƏRTAC xəbər verir ki, çoxcildliyin yenicə çapdan çıxmış 43-cü kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən bəhs edən informasiya ilə başlayır. Bu nəşrə daxil olan materiallar 2010-cu ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin yeni nəşrində dövlətimizin başçısının Rusiyaya işgüzar, Ukraynaya rəsmi səfərlərinə, NATO-nun Portuqaliyada keçirilən zirvə toplantısında, ATƏT-in Qazaxıstanda keçirilən VII Sammitində, İqtisadi Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən XI Sammitində iştirakına, bu tədbirlər çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə apardığı danışıqlara dair materiallar toplanıb.
Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarının qayəsini Ermənistanın işğalçılıq siyasəti, regionun inkişafına əngəl olan Dağlıq Qarabağ problemi və bu problemin həlli yolları təşkil edir.
Dövlətimizin başçısının Azərbaycana səfər etmiş İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri ilə apardığı danışıqlara, enerji və qeyri-neft sektoru üzrə imzalanmış müqavilələrə dair informasiyalar da bu kitabda dərc olunub.
Çoxcildliyin 43-cü kitabında Prezident İlham Əliyevin paytaxtımızda keçirilən beynəlxalq tədbirlərdə iştirakı, Türkiyə, Rusiya, Almaniya, Polşa, Türkmənistan, Monteneqro, Böyük Britaniya və digər dövlətlərdən, həmçinin mötəbər təşkilatlardan ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərlə görüşləri barədə materiallar verilib.
Bundan başqa, kitabda Azərbaycan Prezidentinin Salyan, Sabirabad, Saatlı, İmişli, Yevlax, Füzuli, Ağdam rayonlarına səfərlərinə, ictimaiyyət nümayəndələri ilə görüşlərinə, paytaxtımızda yenidənqurma işləri ilə tanışlığına dair materiallar, regionların sosial-iqtisadi inkişaf proqramının icrası ilə bağlı çıxışları, nitqləri, kütləvi informasiya vasitələrinə müsahibələri və bəyanatları yer alıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 43-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:25
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15

