/ / Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik
Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik
27.09.2017 [10:23]
Sentyabrın 26-da Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bahar Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir.
“ATƏT-ə üzv ölkələrin parlament nümayəndələri ilə neçə illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan ATƏT regionunda üzləşdiyi problemləri, çətinlikləri aradan qaldırmaq istiqamətində çox ciddi əməkdaşlıq təcrübəsinə malikdir. Həmçinin əldə etdiyimiz nailiyyətləri bölüşərək ATƏT regionunda inkişafı təmin etmək üçün çox yaxşı işlər görə bilirik. Parlament Assambleyasının, onun sədrinin müxtəlif məsələlər üzrə xüsusi nümayəndələri vasitəsilə ATƏT-in regiondakı problemlərin həllinə çalışması təqdirəlayiqdir və bu xüsusi nümayəndələr içərisində Cənubi Qafqaz üzrə nümayəndənin təyin edilməsi, onun fəaliyyətinə önəm verilməsi çox yaxşı haldır”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
Bahar Muradova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir. Ona görə də bütün ölçülər üzrə imkanı və mandatı olan şəxslər problemin həllinə ciddi töhfələr verməlidirlər. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər. “Siz Minsk qrupu həmsədrlərinin ATƏT PA çərçivəsində müzakirələrə qatılmaq məsələsini qaldırmısınız. Düşünürəm ki, hazırkı səfərdən sonra bəlkə də bu cəhdi reallaşdırmaq qarşıdakı görüşlərdə mümkün olsun. Siz artıq dünəndən bəri Bakıda müxtəlif görüşlər keçirmisiniz. Bakıətrafı yerlərdə qaçqın və məcburi köçkünlərlə görüşmüsünüz. Bu səfəriniz kifayət qədər faydalı və maraqlı səfərdir”, - deyə Bahar Muradova bildirib.
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin sentyabrın əvvəlində regiona səfər etməsi bunu bir daha təsdiq edir. “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Biz problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq”, - deyə K.Vigenin qeyd edib.
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Müəyyən məsələləri öz adı ilə çağırmaq və daha çox təşəbbüs irəli sürmək zəruridir. Bütün danışıqlar işğalın nəticəsini aradan qaldırmağa, münaqişənin sülh yolu ilə həllinə yönəlib. Bizim xüsusi nümayəndə bu məsələyə yanaşmada kifayət qədər ciddi beynəlxalq hüquqa söykənir ki, bu da xüsusi nümayəndənin işini asanlaşdırır. “Əminəm ki, ATƏT PA-nın həm daimi komitəsi, həm də bürosu sizin bu təşəbbüsləri dəstəkləyəcək”, - deyə A.Quliyev bildirib.
ATƏT PA-dakı parlament nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Nəbizadə, Elşad Həsənov və Ülviyyə Ağayevanın da iştirak etdikləri görüşdə tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21

