Nikola Brül: Azərbaycan İsveçrə üçün böyük əhəmiyyət kəsb edən tərəfdaşdır
28.09.2017 [10:21]
Sentyabrın 27-də Milli Məclis sədrinin müavini, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bahar Muradova Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu deyib. Bildirilib ki, çoxtərəfli əlaqələrimiz qarşılıqlı dostluğa və səmimiyyətə söykənir. Ölkə rəhbərlərinin, parlament sədrlərinin, eləcə də digər siyasi şəxslərin qarşılıqlı intensiv səfərləri və müxtəlif beynəlxalq tədbirlərdə görüşləri dostluq əlaqələrimizin möhkəm olduğunun sübutudur.
Görüşdə parlamentlərarası əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edilib. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyi bildirilib. Bahar Muradova Azərbaycan parlamentində 80-dən çox ölkə ilə dostluq qruplarının olduğunu xatırladaraq, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ən fəal qruplardan biri kimi təqdim edib. O, qrupa 21 deputatın üzv olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, elə bu faktın özü münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.
Vitse-spiker deyib ki, İsveçrə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brül Azərbaycana ilk dəfə səfər etdiyini və bunun onda böyük təəssürat yaratdığını qeyd edib. O bildirib ki, hər iki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi əlaqələrimizin dərinləşdirilməsi üçün çox yaxşı zəmin yaradır. İsveçrə parlamenti gələn il dostluq qrupu üzvlərinin Bakıya səfərini planlaşdırır. Parlamentlər arasında yüksək səviyyədə əlaqələrin olması hər iki ölkənin maraq dairəsindədir. Nikola Brül onu da deyib ki, Azərbaycan İsveçrə üçün böyük əhəmiyyət kəsb edən tərəfdaşdır və bu ölkənin ərazi bütövlüyü bizim üçün önəm daşıyan məsələdir.
Milli Məclisin deputatları Tahir Mirkişili, Asim Mollazadə, Əflatun Amaşov, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

