"Kuwait Times" qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib
05.08.2009 [14:01]
“Əsrin müqaviləsi”nin 15 illiyi ərəfəsində Küveyt və Körfəz regionunun aparıcı gündəlik ingilisdilli “Kuwait Times” qəzetinin 2 avqust nömrəsində Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin “Azərbaycanın neft tarixi: Orta əsrlərdən çağdaş günümüzə qədər” adlı məqaləsi dərc edilib.
Məqalədə səfir Ş.Abdullayev Azərbaycan nefti haqqında orta əsr ərəb və Avropa mənbələrindən olan yazılara istinad edərək, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Azərbaycanda qazıldığını və müasir neft istismarı və hasilatında istifadə olunan texnologiyaların Bakıda tətbiq edildiyini qeyd edib. Məqalə müəllifi XX əsrin əvvəllərində dünya neftinin yarısının Azərbaycanda istehsal olunduğu barədə məlumat verərək, Bakının dünya neft ticarətinin mərkəzinə çevrilməklə, bütün Qafqazın iqtisadi inkişafında xüsusi rol oynadığını nəzərə çatdırıb. Məqalədə, həmçinin Şərqdə ilk demokratik respublika olan ADR-nın süqutundan sonra Bakı neftinin bolşeviklər tərəfindən istismarı və 1940-cı ildə SSRİ-də neft hasilatının 72 faizinin Bakının payına düşdüyü bildirilir. İkinci Dünya müharibəsində Hitlerin və müttəfiq dövlətlərin Bakı haqqında planlarına dair məlumat verən səfir, sovet tank və təyyarələrinin mütləq əksəriyyətinin Bakı nefti ilə hərəkətə gəldiyini və bununla da Azərbaycan neftinin müharibənin taleyində əlahiddə rol oynadığını vurğulayıb.
Yazıda, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasının timsalında Azərbaycanın sovet və dünya neft-qaz istehsalı sənayesinə verdiyi töhfələr, müstəqilliyin bərpa edilməsi və ümummilli lider Heydər Əliyevin neft strategiyası ilə ölkəmizin neft sənayesi qarşısında yeni üfüqlərin açıldığı qeyd olunur. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində Ulu öndər Heydər Əliyevin nitqindən “...Neft sənayemiz yeni başlanğıca qədəm qoyub. Bu mərhələdə, Azərbaycan xalqının iradəsini ifadə edərək, təbii resurslarımızın istismarı üçün lazımi tədbirlər görəcəyik” - sözləri sitat gətirilərək, çar Rusiyası və Sovet dövründən sonra, “Əsrin müqaviləsi” və yeni neft strategiyası ilə bu gün neftimizin xalqımızın mənafeyi naminə istifadə edildiyi vurğulanır. Azərbaycan Prezidenti İlham Əliyevə istinadla 1994-cü ildə Azərbaycanın düzgün seçim etdiyi və Ulu öndər Heydər Əliyevin neft strategiyasının bu gün öz bəhrələrini verdiyi oxucuların diqqətinə çatdırılır. Yenə də Prezident İlham Əliyevə istinad edərək, hazırda Azərbaycanın yeddi neft-qaz ixrac kəmərinə malik olduğu, bunların sırasında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin xüsusi rol oynadığı bildirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında neftdən gələn gəlirlərin bugünkü və gələcək nəsillərin mənafeyi naminə istifadə olunduğunu qeyd edən səfir Ş.Abdullayev, Dövlət Neft Fondunun fəaliyyəti və mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsündə Azərbaycanın fəal iştirakı haqqında ətraflı məlumat verir. Azərbaycanın bu təşəbbüsün icrasında qabaqcıl dövlət olduğu, neft və qaz hasilatından əldə olunan gəlirlərin ictimaiyyətə açıq, müfəssəl və başa düşülən formada mütəmadi əsasda çatdırıldığı və bunun nəticəsi olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci ildə BMT-nin dövlət xidməti mükafatına layiq görüldüyü vurğulanır.
Habelə, Azərbaycanın mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsünün prinsip və meyarlarına uyğunluğunu yoxlayan keyfiyyətə təminat prosesini uğurla keçdiyi və bunun nəticəsi olaraq, Şəffaflıq Təşəbbüsü Şurası tərəfindən 2009-cu il fevralın 16-dan 18-dək Dohada keçirilən 4-cü Beynəlxalq konfransda Azərbaycanın şəffaflıq təşəbbüsünün 2009-cu il üzrə “EİTİ Award 2009” adlı mükafatına layiq görüldüyü qeyd olunur.
Məqalənin sonunda yüksək şəffaflıq və düzgün idarəetmə prinsipləri ilə Azərbaycanın neft və qaz ehtiyatlarından əldə olunan gəlirlərin bugünkü və gələcək nəsillərin mənafeyi naminə yeni-yeni imkanlar yaratdığı və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun uğurla inkişaf etdiyi vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

