Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir
20.10.2017 [10:22]
Oktyabrın 18-20-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 78-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan tərəfinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistanın sərhəd xidmətləri, SQKŞ-nin Əlaqələndirici Xidməti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi, Sərhəd Xidməti Veteranlarının Beynəlxalq İctimai Birliklər İttifaqının Əlaqələndirici Şurasının nümayəndə heyətləri iştirak ediblər.
İclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul ediliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB iştirakçı dövlətlərinin Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, ölkəmiz üçün sərhəd təhlükəsizliyinin vacibliyini və beynəlxalq sərhəd əməkdaşlığının əhəmiyyətini qeyd edib.
İclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyaraq Ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 1992-ci ildən fəaliyyət göstərən və Müstəqil Dövlətlər Birliyinin üzv ölkələri arasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsini həyata keçirən SQKŞ-nin iclaslarında müşahidəçi qismində iştirak edir.
Sərhəd Qoşunları Komandanları Şurasının 2001-ci ildə 40-cı, 2008-ci ildə 60-cı və 2013-cü ildə 70-ci iclasları Bakı şəhərində keçirilib.
Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasının açılışında Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov çıxış edərək beynəlxalq terrorçuluğa, separatçılığa, transmilli mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin və beynəlxalq təhlükəsizliyin əsas şərtlərindən birinin dövlət sərhədlərinin etibarlı mühafizəsi olduğunu qeyd edib, Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyini vurğulayıb.
İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, 2017-ci il üzrə xidməti-döyüş fəaliyyətlərinin nəticələri və 2018-ci ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişaf perspektivləri nəzərdən keçirilib, 2018-ci il üçün Fəaliyyət Planı müzakirə olunub.
Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində nümayəndə heyətləri Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18

