/ / Novruz Məmmədov: Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?
Novruz Məmmədov: Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?
24.10.2017 [10:15]
“Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti ilə son görüşdən sonra tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, dövlət başçısı bir xalqın, dövlətin nümayəndəsidir: “Necə olubsa, həmin xalq bunu seçib, onun ən ləyaqətli insan olduğuna, sözünün üzərində duraraq ölkəni irəli aparacağına inanıb. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə nə baş verib? Uzun müddətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar aparılmırdı, Ermənistan tərəfi buna həmişə mane olurdu. Son görüşdə Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun üç ölkəni təmsil edən həmsədrləri, ATƏT sədrinin nümayəndəsi iştirak edirdi. Bildirildi ki, uzun müddətdən sonra baş tutmuş görüşlə bağlı 3-4 bənddən ibarət fikri dünya ictimaiyyətinə çatdırılsın. Hamı razılaşdı. Əgər Ermənistan prezidenti razı deyildisə, bildirərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra deyəcək. Lakin Sarkisyan bununla razılaşdı, sonra isə bir qrup erməni ilə görüşdə əvvəlcə görüşlə bağlı bəyanatı səsləndirdi, sonra da ağlına gələni dedi. Bununla da görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirdi. Azərbaycan Prezidenti, digər dövlət rəsmiləri Ermənistan prezidentinə cavab verdi. Ancaq Ermənistan prezidenti həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, görüşdən çıxandan sonra isə riyakarlıq edib, başqa cür danışır. O halda ona xalqının inamı necə olacaq, o xalqın inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Ermənistan prezidenti barədə nə düşünürlər?”
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və erməni xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb, ermənilər ölkələrini tərk edirlər: “Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir. Azərbaycan və paytaxtı dünyada ən gözəl ölkələrdən, paytaxtlardan biridir. Əgər dövlət başçısı statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

