/ / Eldar İbrahimov: Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa tam əsas yaradır
Eldar İbrahimov: Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa tam əsas yaradır
31.10.2017 [09:58]
“Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi baza əsaslı olduğuna görə islahatların səmərəliliyini təmin etmək və qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək tam mümkündür”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda əsaslı nailiyyətlər əldə edib, mühüm məsafə qət edilib. Onun sözlərinə görə, bu faktor ölkəmizin davamlı inkişafının fundamental əsası qismində çıxış edir.
“Sosial-iqtisadi sahədə görülən işlərin real nəticələri gələcəyə optimist baxmağa tam əsas yaradır. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı bir neçə dəfə artıb ki, bu da dünya miqyasında avanqard göstəricidir. 2004-cü ildən bəri respublikamız investisiya cəlbediciliyi kifayət qədər yüksək olan bir ölkəyə çevrilib. 2004-cü ildən bəri 70 mindən çox yeni müəssisənin yaradılması və təxminən 1,6 milyondan çox yeni iş yerinin açılması respublikamızda iqtisadi aktivliyin kifayət qədər yüksək olmasına dəlalət edir. Digər tərəfdən, Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür. Bir sözlə, dünya miqyasında ortaya çıxan neqativ tendensiyaların ölkəmizə təsiri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində minimuma endirilib, iqtisadiyyatın dayanıqlılığı formalaşıb, yeni iqtisadi hədəflərin reallaşması üçün əlverişli zəmin yaranıb”, - deyə E.İbrahimov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

