Beynəlxalq Türk Akademiyası türkdilli xalqların yaxınlaşması istiqamətində mühüm işlər görür
17.11.2017 [10:16]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli və ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Akademiyasında olublar.
AZƏRTAC xəbər verir ki, akademiyanın prezidenti Darxan Kıdırali ilə keçirilən işgüzar görüşdə qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Darxan Kıdırali bildirib ki, təkcə son üç il ərzində akademiya tərəfindən 104 kitab nəşr edilib, çoxlu layihələr və elmi ekspedisiyalar gerçəkləşdirilib, böyük əhəmiyyətə malik arxeoloji qazıntılar aparılıb. Qeyd edilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan Sammitində qurulan Beynəlxalq Türk Akademiyasına üzv dövlətlər - Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstanla yanaşı, Macarıstan, Monqolustan və Yaponiya da böyük maraq göstərir. Macarıstan artıq akademiyaya müşahidəçi üzv qəbul edilib.
Səfir Rəşad Məmmədov akademiyanın məhdud imkanlarla böyük işlər gördüyünü, bu işlərin türkdilli xalqların yaxınlaşmasına və bir-birilərini daha yaxından tanımalarına xidmət etdiyini söyləyib. Diplomat türk dövlətləri və xalqlarının yaxınlaşmasında, inteqrasiyasında akademiyanın üzərinə böyük vəzifə düşdüyünü, öz aktiv və təsirli fəaliyyəti ilə bu işin öhdəsindən uğurla gəldiyini bildirib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin Azərbaycanda yaxından izlənildiyini və böyük maraq doğurduğunu qeyd edib. O, əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.
Qonaqlar akademiyanın kitabxanası və Türk Muzeyi ilə tanış olublar. 56 mindən artıq kitabın toplandığı kitabxanada məşhur türkoloqların əlyazmalarının və kitablarının da yer aldığı bildirilib. Türk Muzeyində isə türk xalqlarının ortaq keçmişi, irsi və tarixi ənənələrini əks etdirən nadir eksponatların saxlandığı barədə məlumat verilib.
Sonda ziyarətçilərə akademiya tərəfindən nəşr edilən kitablar hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

