Novruz Məmmədov: Azərbaycan ABŞ-ın tərəfdaşıdır
21.11.2017 [09:55]
“The Washington Times” qəzetində Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun “Azərbaycan ABŞ-ın tərəfdaşıdır” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan-ABŞ münasibətlərindən, energetika və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıqdan danışılır.
Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixinə toxunan müəllif yazır ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi 26 ildə ölkəmiz hər zaman Birləşmiş Ştatlarla dostluq əlaqələrinin möhkəmləndirilməsinə can atıb. İkitərəfli münasibətlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Onun amerikalı həmkarları - ABŞ Prezidenti Corc Buşun (ata) və Bill Klintonun uzaqgörənliyi və səyləri sayəsində qurulub.
Novruz Məmmədov yazır ki, son illər ərzində ikitərəfli münasibətlər Azərbaycan Prezidenti İlham Əliyevin və 2000-ci illərin ABŞ administrasiyalarının rəhbərliyi altında möhkəmlənib. Sıx münasibətlərin bünövrəsində bir neçə əsas sahədə qarşılıqlı səmərəli əməkdaşlıq dayanır. Prezidentin köməkçisi qeyd edir ki, Azərbaycan beynəlxalq terrorizmin aradan qaldırılmasında ABŞ-ın davamlı olaraq mühüm tərəfdaşı olub. ABŞ-da 11 sentyabr terror aktlarından dərhal sonra mərhum Prezident Heydər Əliyev dünya liderləri arasında birincilər sırasında Amerikaya köməyini təklif etdi və ölkəmizin terrorizmə qarşı mübarizədə birgə səylərə sadiqliyini təsdiqlədi.
Müdafiə naziri Robert Qeyts 2010-cu ildə qeyd etmişdi ki, Azərbaycan Əfqanıstanda təkcə Azərbaycan əsgərlərinin və mülki heyətin bilavasitə yerləşməsi ilə deyil, həm də Azərbaycanın yerüstü və hava məkanından materialların daşınmasına icazə verməsi ilə mühüm rol oynayır.
Azərbaycan, həmçinin NATO-nun Əfqanıstan üçün Etimad Fonduna başlıca maliyyə töhfələri verənlərdən biridir, ölkəmizin sülhyaratma kontingenti isə NATO-nun rəhbərliyi altında missiyanın dəstəklənməsində artıq on ildən çoxdur iştirak edir.
Məqalədə, həmçinin vurğulanır ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə start verməklə böyük oyunçuya çevrilən Azərbaycan dünya neft-qaz bazarında həyati əhəmiyyətə malik mühüm tərəfdaşdır. Diqqətəlayiqdir ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması vaxtilə Birləşmiş Ştatlar tərəfindən tam dəstək alıb. Müəllif qeyd edir ki, bu gün Azərbaycan neftinin və qazının ixracı Qərbin energetika təhlükəsizliyinin təminində həlledici rol oynayır. Novruz Məmmədov vurğulayır ki, Azərbaycan nefti təkcə bizim ümumi Avropa müttəfiqlərimizə göndərilmir, həm də ABŞ-ın Filadelfiya ştatında neft emalı zavodlarına çatdırılır. “Biz “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Birləşmiş Ştatların dəstəyini yüksək qiymətləndiririk. Bu layihə işə salındıqdan sonra bizim Avropada və NATO-dakı ümumi tərəfdaşlarımıza təbii qazın uzunmüddətli nəqlini təmin edəcək”, - deyə müəllif yazır.
Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq və regional nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına imkan yaradır. Məqalədə qeyd edilir ki, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyə arasında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında əlaqələri möhkəmləndirməyə cəhd göstərən Azərbaycanın siyasətinə uyğundur.
Müəllif yazır ki, Azərbaycanda bizim rəngarəng cəmiyyətimizin bünövrəsində dayanan dini tolerantlıq ənənələri davam etdirilir. Müsəlmanların üstünlük təşkil etdiyi Azərbaycanda müxtəlif dini icmalar mövcuddur. Novruz Məmmədov vurğulayır ki, “Vətəndaşlarımızın hər biri həm öz hökuməti tərəfindən, həm də Azərbaycanda tolerantlıq mədəniyyətinin nailiyyətləri ilə müdafiə olunur”.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan demokratik dəyərlərin, o cümlədən dünyəviliyin və regionda qadınlar üçün seçki hüququnun müdafiəçisinə çevrilib. Məqalənin sonunda deyilir ki, ölkəmiz Azərbaycan və Birləşmiş Ştatların bölüşdüyü ümumi dəyər və maraqları qorumağa hazırdır və gələcəkdə parlaq tərəfdaşlığa ümid bəsləyir.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

