/ / Hikmət Babaoğlu: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsi milli diplomatiyamızın növbəti uğurudur
Hikmət Babaoğlu: Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsi milli diplomatiyamızın növbəti uğurudur
28.11.2017 [10:21]
“Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti başa çatdı və yekun sənəd - Birgə Bəyannamə qəbul edildi. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəkləndi. Bunu milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik”.
Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini AZƏRTAC-a şərh edərkən bildirib.
Hikmət Babaoğlu deyib: “Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu sənəd isə 2016-cı ildə üzv dövlətlərin ortaq rəyi əsasında formalaşan strategiyadır və çox mühüm əhəmiyyət kəsb edir. Hələ 2016-cı il iyunun 20-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə keçiriləcək Sammitdə strategiyanı rəsmən Avropa İttifaqına üzv dövlətlərin rəhbərlərinə təqdim edərək strategiya ilə bağlı yazdığı müqəddimədə bildirmişdi ki, Avropa İttifaqının məqsədi, hətta mövcudluğu şübhə altındadır. Ancaq vətəndaşlarımıza və dünyaya indi əvvəllər olmadığı qədər güclü Avropa İttifaqı lazımdır. Bu, hətta Böyük Britaniyadakı referendumdan sonra da aktualdır. Bizə həqiqətən Avropa İttifaqının necə fəaliyyət göstərdiyinə yenidən baxmaq lazımdır. Ancaq biz gözəl bilirik ki, nə üçün fəaliyyət göstəririk, prinsiplərimiz, maraqlarımız və prioritetlərimiz nədir. Qeyri-müəyyənliyə zaman yoxdur, Avropa İttifaqına strategiya lazımdır. Bizə ümumi baxış və birgə fəaliyyət lazımdır. O dövrdə bu fikirlərin səsləndirilməsini zəruri edən beynəlxalq şərtlər var idi. Çünki Böyük Britaniya Avropa İttifaqını artıq tərk etmək üzrə idi və bu hadisə İttifaqın nəinki genişlənməsini hətta mövcudluğunu belə təhlükə altında qoyurdu. Vəziyyət olduqca mürəkkəb idi. Artıq elə vəziyyət yaranmışdı ki, Birləşmiş Krallığın başçılığı ilə Millətlər Birliyi, Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı, İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi dünya geosiyasətində fərqli maraqları önə çəkirdi. Beləliklə, Avropa İttifaqının ortaq xarici siyasətinin formalaşdırılması və uzlaşdırılması müşkül məsələyə çevrilirdi. Çünki Aİ-yə daxil olan ölkələrin hər biri daha çox müstəqil siyasət yürütmək, milli maraqlarını daha çox irəli çəkməklə yeni dünya düzəninin formalaşmasında daha çox söz sahibi olmağa çalışırdılar. Bu isə beynəlxalq hüququn və onun əsas prinsiplərindən biri kimi qəbul edilmiş, dövlətlərin ərazi bütövlüyü məsələsində fikir ayrılıqlarına səbəb olurdu. Ancaq buna baxmayaraq, nəhayət 2016-cı ildə Aİ xarici siyasət və təhlükəsizlik üzrə qlobal strategiya müəyyənləşdirə bildi. Strategiyada qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də Şərq Tərəfdaşlığı ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq. Bu prinsiplər həm Aİ daxilində, həm də Aİ sərhədlərindən kənardakı ölkələrə tətbiq ediləcək. Göründüyü kimi, məhz bu strategiyada öz əksini tapan prinsiplər Azərbaycanın da maraqlarına cavab verir və İttifaq ilə əməkdaşlığımızda başlıca prinsip kimi çıxış edir. Biz bilirik ki, Azərbaycan hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq etsə də, münasibətlər irəliləyib keyfiyyətcə yeni fazaya daxil olmurdu. Çünki Azərbaycan Aİ tərəfindən ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasını tələb edirdi. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyi sayəsində Aİ-nin 2017-ci il 24 noyabr tarixli Birgə Bəyannaməsində bu prinsiplər öz əksini tapdı. Hər şeydən əvvəl bunu milli diplomatiyamızın növbəti uğuru kimi qiymətləndirə bilərik. Eyni zamanda, əminliklə deyə bilərik ki, qarşıdakı aylarda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq əməkdaşlıq sazişində də artıq bu mühüm məsələ öz əksini tapacaq. Bu isə bir daha Ermənistanın Aİ üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gələcək. Beləliklə, Azərbaycan Avropa İttifaqını elan etdiyi təhlükəsizlik prinsiplərinə sadiq qalmağa və işğalçı Ermənistana təzyiq etməklə işğal faktına son qoymağa dəvət edə biləcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

