/ / Elçin Mirzəbəyli: Brüssel və Kiyev fiaskosundan sonra Ermənistanın KTMT-dən gözləntiləri də özünü doğrultmadı
Elçin Mirzəbəyli: Brüssel və Kiyev fiaskosundan sonra Ermənistanın KTMT-dən gözləntiləri də özünü doğrultmadı
06.12.2017 [10:19]
Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Kiyev toplantısının bəyannamələrində dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərinin birmənalı şəkildə dəstəklənməsi İrəvanı çətin vəziyyətə salıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ölkənin digər rəsmiləri dövlətlərin ərazi bütövlüyü ilə bağlı hər iki bəyannamədə yer alan prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərməyəcəyini bildirirlər. Onların qənaətinə görə, Ermənistan üçün önəmli olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının dekabrın 1-də Minskdə keçirilən toplantısının bəyanatıdır. Ermənistan KTMT Təhlükəsizlik Şurasının bəyanatını rəsmi İrəvanın qələbəsi kimi təqdim edir. Maraqlıdır, görəsən KTMT Təhlükəsizlik Şurasının bəyanatında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hansı yeniliklər yer alıb ki, rəsmi İrəvan buna görə toy-bayram əhval-ruhiyyəsində olduğunu sərgiləməyə çalışır? Məsələyə aydınlıq gətirmək üçün həmin bəyanata nəzər salaq:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiq edən KTMT Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq etməmək, yaxud güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı müddəaları əsasında tənzimlənməsi istiqamətində səylərini dəstəkləyir.
KTMT-nin bəyanatında, eyni zamanda, qeyd olunur ki, təşkilat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən zirvə toplantılarında vəziyyətin gərginləşdirilməməsi, atəşkəs rejiminin qorunması, münaqişə bölgəsində gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi və danışıqlar prosesinin intensivləşməsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir...
Vəssalam! Ermənistanın “qələbə” kimi təqdim etdiyi bu bəyanatda işğalçı ölkənin toy-bayram etməsinə əsas verən nəinki müddəa, söz belə yoxdur. Yəni, KTMT-nin bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərinin son illər ərzində verdiyi bəyanatların surətindən başqa bir şey deyil”.
Elçin Mirzəbəyli bildirib ki, dövlətlərin ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə bağlı Avropa İttifaqı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin məlum bəyannamələrindən sonra belə bir bəyanat ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilsəydi, bəlkə də müharibə təhlükəsi qarşısında yuxuları qaçan İrəvan rejiminin toy-bayram etmək cəhdlərini başa düşmək olardı. Amma bu bəyanatı Ermənistanın da təmsil olunduğu hərbi-siyasi ittifaq - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı verib. Məsələ burasındadır ki, KTMT hərbi alyansdır, hansısa regional iqtisadi əməkdaşlıq və yaxud sadəcə əməkdaşlıq təşkilatı deyil. Məntiqlə Ermənistanın hərbi-siyasi müttəfiqləri ona açıq şəkildə dəstək verməli idilər. Amma göründüyü kimi, bəyanatda belə bir dəstək yoxdur, KTMT üzvləri isə neytral mövqe sərgiləməyə çalışırlar.
Bu isə o deməkdir ki, Ermənistanın Brüssel və Kiyev fiaskosundan sonra KTMT-dən gözləntiləri də özünü doğrultmadı. KTMT-nin bəyanatı isə ən yaxşı halda “pirr qələbəsi”ndən başqa bir şey deyil.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

