AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları
15.12.2017 [10:02]
İki mötəbər beynəlxalq media qurumunun Bakıda keçirilən forumlarının materialları toplu halında nəşr olunub
“Media və zamanın çağırışları” - AZƏRTAC-ın geniş oxucu auditoriyasına təqdim etdiyi kitab belə adlanır. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda təxminən bir il əvvəl - 2016-cı ilin noyabrında Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş iki mötəbər media forumunun - Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının materialları toplanıb.
Nəfis tərtibatla nəşr olunmuş kitabda oxucular, xüsusən media mütəxəssisləri və jurnalistlər, informasiya agentliklərinin və xəbər portallarının əməkdaşları onları maraqlandıran bir çox suallara cavab tapa bilərlər. Belə ki, dünyanın informasiya siyasətini müəyyənləşdirən tanınmış simaların, məsələn, Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Saudi Press agentliyinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti Yonas Erikson, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Düeyc Əl-İbrahim Əl-Sabah, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və başqalarının Konqresdə və Baş Assambleyadakı çıxışlarında, habelə media üzrə ekspertlərin təqdimatlarında KİV-in üzləşdiyi çağırışlar, yeni həllər, müasir informasiya texnologiyalarının tətbiqi barədə maraqlı fikir və mülahizələr, diqqətçəkən məqamlar var.
Konqresdə və Baş Assambleyada səslənən çıxışları və təqdimatları, rəyləri və digər informasiyaları bir yerə toplayaraq nəşr etmək ideyası təsadüfən yaranmayıb. Tərtibatçının məqsədi, ilk növbədə, hər iki qlobal miqyaslı tədbirin Azərbaycan üçün böyük əhəmiyyətini nəzərə alaraq bu hadisəni tarixləşdirməkdir.
Bakı ilk dəfə belə irimiqyaslı, geniş tərkibli media forumlarına ev sahibliyi edib. AZƏRTAC həm Konqresə, həm də OANA-ya rəhbərlik etmək hüququ qazanıb. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adları dünya media tarixinə həkk olunub. Bu forumlar iştirakçıların sayı və tərkibi baxımından zəngin olub. Belə ki, Bakıya 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin 190-dək rəhbəri və təmsilçisi, media üzrə ekspertlər, BMT-nin rəsmi nümayəndəsi, habelə regional media qurumlarının rəhbərləri gəlmişdi.
Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı, geniş nitq söyləməsi, sonradan iştirakçıların bir qrupunu qəbul etməsi bu genişmiqyaslı, dünyanın beş qitəsini əhatə edən tədbirlərə xüsusi ahəng və məna verdi. V Konqres və XVI Baş Assambleya nəticə etibarilə müasir media institutları, jurnalistlər üçün bir məktəb, qabaqcıl təcrübəni bölüşmək üçün bənzərsiz platforma oldu.
Oxucuya təqdim olunan kitaba Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin və Baş Assambleyanın birgə açılış mərasimindəki nitqinin tam mətni, habelə tədbir iştirakçılarının bir qrupu ilə görüşünün xülasəsi daxil edilib. Dövlətimizin başçısı nitqində demokratiya və mətbuat azadlığı, medianın müasir dövrdəki missiyası və məsuliyyəti barədə maraqlı fikir və mülahizələr irəli sürüb. İştirakçılardan bir qrupu ilə görüşü zamanı onların suallarını cavablandırıb və KİV-in beynəlxalq hadisələrdəki roluna dair baxışlarını bölüşüb. Bunlar əslində, jurnalistika dərsləridir və burada diqqətəlayiq bir çox məqamlar var.
Topluda “Xəbər agentlikləri üçün yeni çağırışlar” devizi ilə işləyən Bakı Konqresi çərçivəsində keçirilən beş sessiyada, habelə OANA-nın Baş Assambleyasında səslənən bütün çıxış və təqdimatlar, BMT-nin baş katibi Pan Gi Munun, UNESCO-nun baş direktoru İrina Bokovanın forum iştirakçılarına ünvanlanan müraciətlərinin mətni yer alıb. Kitabda, həmçinin hər iki forumla bağlı çoxsaylı rəylər, müsahibələr, dünya mediasında yer alan informasiyalar ilə tanış olmaq mümkündür. Bütün bu materiallar fotolarla müşayiət olunur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

